Rusiya bu ölkələrə XƏBƏRDARLIQ ETDİ: “Moskvanın hədəfi olacaqlar”

Rusiya bu ölkələrə XƏBƏRDARLIQ ETDİ: “Moskvanın hədəfi olacaqlar”

“Finlandiya və İsveç NATO-ya daxil olsa, Moskvanın hədəfi olacaqlar”.

 

Sfera.az bildirir ki, bu barədə Rusiyanın Stokholmdakı səfiri Viktor Tatarintsev xəbərdarlıq edib.

 

“Hələ də kimsə sözügedən qərarın Avropanın təhlükəsizliyini hansısa yolla artıracağını düşünə bilər. Amma əmin olun ki, düşmən blokun yeni üzvləri hərbi xarakterli tədbirlər də daxil olmaqla, Rusiya üçün qanuni hədəfə çevriləcək”, - səfir əlavə edib.

 

Qeyd edək ki, Finlandiya NATO-ya üzv olmaqla bağlı indi Türkiyənin ratifikasiya etməsini gözləyir. İsveçin namizədliyi isə hələ də sual altındadır. Ankara hazırda onun girişini əngəlləyir, Macarıstan isə ratifikasiyanı gecikdirir.

 

Günay Rəsulqızı

 


OXŞAR XƏBƏRLƏR