Messiyə heykəl sürprizi - FOTOLAR

Messiyə heykəl sürprizi - FOTOLAR

Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) Dünya Kubokunu qazanan Argentina üçün mükafat gecəsi təşkil edib.
 

Sfera.az xarici mətbuata istinadən bildirir ki, Argentina millisinin təltif edildiyi gedəcə bütün komanda iştirak edib.

 

Gecədə Messi üçün hazırlanmış heykəl də təqdim olunub. Ulduz futbolçuya, həmçinin "Futbol Əsa"sı da verilib. Argentinalı ulduz heykəlin açılış anını maraqla izləyib.

 

CONMEBOL prezidenti Alehandro Qomez Lionel Messiyə "Futbolun Əsa”sını təqdim edərkən "Cənubi Amerika adından bu gün sizə dünya futbolunun liderliyini veririk", deyib.


"Heykəl və əsa üçün təşəkkür edən Messi, "Həyatda ən gözəl şey futboldur. Nə qədər davam edəcəyimi bilməsəm də, qalan vaxtımdan həzz alacağam”, - deyə vurğulayıb.

Lalə
Sfera.az


OXŞAR XƏBƏRLƏR