Orlando Blumdan müharibədən zərər çəkmiş uşaqlara dəstək – FOTOLAR

Məşhur britaniyalı aktyor Orlando Blum Ukraynanın paytaxtı Kiyevdə UNICEF tərəfindən yaradılan “Spilno Uşaq Ərazisi”nə baş çəkib.
Sfera.az xarici mətbuata istinadən bildirir ki, Blum burada müharibədən zərər çəkmiş uşaqlarla söhbət edib, onlarla oyunlar oynayıb.
UNİCEF-in xoşməramlı səfiri kimi Ukraynada səfərdə olan Blum burada 3 gün qalıb.
UNICEF-in bu barədə bəyanatında deyilir: “Kiyev, İrpin və Demydivə 3 günlük səfəri zamanı Blum bir ildən artıq davam edən müharibənin uşaqların həyatına necə sarsıdıcı təsir göstərdiyinin şahidi oldu. 1,5 milyon uşaq depressiya, narahatlıq və onların fiziki və psixi sağlamlığına uzunmüddətli təsir göstərən digər psixi problemlərlə üzləşmək riski altındadır".
Yaraşıqlı aktyor isə səfərlə bağlı bunları deyib:
“Mən 2016-cı ildə Ukraynaya ilk dəfə gəldiyim zaman müharibənin uşaqlar və ailələr üzərində dağıdıcı təsirlərini gördüm. İndi ölkədəki bütün uşaqlar təsirləndiyi üçün dəstək həmişəkindən daha vacibdir".
Lalə
Sfera.az