Hollivud ulduzu psixiatriya klinikasında qalacaq

Maqazin
21:40 / 28.03.2023
23529
Xəbər verdiyimiz kimi, Hollivud ulduzu Amanda Bayns bir neçə gün əvvəl Los-Anceles küçələrində çılpaq gəzdiyi üçün həbs olunmuş və daha sonra psixiatrik xəstəxanaya yerləşdirilmişdi.
Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, bu gün 37 yaşlı aktrisanın xəstəxananı tezliklə tərk etməyəcəyi məlum olub.
Klinikada özünü olduqca sakit aparan Amanda hələlik heç kimlə ünsiyyət qurmağa cəhd etməyib.
Qeyd edək ki, Amandanın psixi problemlərinin olması faktı hələ 2013-cü ildə ortaya çıxıb. Bir dəfə qonşuların evində avtomobili və öz itini yandırmağa çalışan aktrisa psixiatriya klinikasında müalicə alıb.