Ucuz metal detektoru olan şəxs təsadüfən 2,6 kq qızıl tapdı

Ucuz metal detektoru olan şəxs təsadüfən 2,6 kq qızıl tapdı

Avstraliyanın Viktoriya ştatının sakini metal detektoru ilə, içərisində 2,6 kq qızıl olan “qızıl üçbucaq”da 4,6 kq külçə tapıb.
 

Sfera.az bildirir ki, "Viktoriyanın Qızıl Üçbucağı" Ballarat, Bendigo və Saint Arnaud arasında uzanan əraziyə aiddir.
 

Adının açıqlanmasını istəməyən şəxs tapdığı tapıntının nə qədər dəyərli olduğunu öyrənmək qərarına gəlib və daşı qiymətləndirmək üçün Geelongdakı “Lucky Strike Gold”ofisinə aparıb. Geoloji-kəşfiyyat avadanlığının satıcısı və ekspert Darren Kamp gətirilən daşı yoxlayaraq onun tərkibində 2,6 kq xalis qızıl olduğunu müəyyən edib.
 

"O, bu daşı bel çantasından çıxarıb əlimə atdı və dedi: "Sizcə, bunun 10.000 dollar dəyərindədirmi? Onu əlimə atanda çənəm yerə dəydi"- deyə Kamp jurnalistlərə bildirib.


43 ildir ki, qızıl hasilatı sənayesində çalışan ekspertin sözlərinə görə, bu, onun indiyə qədər gördüyü ən böyük külçədir. Daşın ucuz metal detektorundan istifadə edilməklə tapılması onu daha da təəccübləndirib. Kiçik qızıl külçələrinin 1000 dollara başa gələ biləcəyini nəzərə alsaq, bu, çox böyük məbləğə, ən azı 240.000 dollara başa gələcək.
 

O, qızıl axtarışlarının indi daha çox gəncləri cəlb etdiyini vurğulayıb.
 

"Bir neçə il əvvəl məndən soruşsaydınız, deyərdim ki, bu hobbinin orta yaş həddi 50 və daha yuxarıdır. Amma indi biz 20-30 yaşlarında olan bir çox insanın bununla məşğul olduğunu görürük"- Kamp deyib.
 

"Viktoriyanın qızıl üçbucağı"
 

Şimal-mərkəzi Viktoriya bölgəsindəki bu ərazi Ballarat, Bendigo və St. Arnaud arasında uzanır, Daylesford, Maryborough və Castlemaine kimi daha kiçik şəhərləri əhatə edir. 1850-ci illərin qızıl axtarışları zamanı indi muzey, qalereya və kafe kimi fəaliyyət göstərən bu qəsəbələrdə çoxlu gözəl tikililər yaranıb. Bu bölgənin qızıl külçələri miqdarı, ölçüsü və saflığı ilə məşhur olub, əksəriyyəti allüvial, yəni axınlarda və ya çay yataqlarında aşkarlanıb.


Bu bölgədə tapılan ən böyük külçə 1869-cu ildə Moliagul yaxınlığında aşkar edilmişdir. Onun çəkisi 72 kq olub və bu gün onun qiyməti təxminən 6,8 milyon dollardır.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR