Mingəçevirdə itkin düşmüş 90 yaşlı kişinin meyiti tapıldı - FOTO

Mingəçevirdə itkin düşmüş 90 yaşlı kişinin meyiti tapıldı - FOTO

Mingəçevirdə itkin düşmüş 90 yaşlı kişinin meyiti tapılıb.

 

Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

 

Bildirilib ki, martın 16-da itkin düşən Mingəçevir şəhər sakini, 1933-cü il təvəllüdlü Eyvazov Əliş Məmmədhüseyn oğlunun meyiti bu gün səhər saatlarında Mingəçevir şəhəri ərazisində tapılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR