Yeni Hollivud cütlüyü - Ancelina Coli Rotşild ailəsinə qoşulur?

Yeni Hollivud cütlüyü - Ancelina Coli Rotşild ailəsinə qoşulur?
Amerikalı aktrisa Ancelina Coli Malibuda şam yeməyi zamanı milyarder Devid Mayer de Rotşild ilə vaxt keçirib. 
 
Sfera.az bildirir ki, fotolarda Coli 44 yaşlı britaniyalı ekoloqla məşhur restorandan çıxarkən gülümsəyir.
 
Gəzinti üçün Coli belini vurğulayan kəsikli qəşəng qara paltar geyinib. O, görünüşünü uyğun gələn qara daban ayaqqabı və gün eynəyi ilə tamamlayıb.
 
Paparassilər Hollivud aktrisasının avtomobilinə tərəf gedərkən və saçlarını arxaya atarkən şəkillərini də çəkiblər.
 
Ancelina Coli və Devid Mayer de Rotşild birlikdə üç saat vaxt keçiriblər. 
 
Dünyanın ən zəngin ailəsinin üzvü Meyer de Rotşild də  yaxşı əhval-ruhiyyədə çıxıb. Biznesmen gündəlik geyimdə olub: sürməyi şalvar, boz köynək, pencək, qara loafers və dəbli zolaqlı corab.
 
Onların hər ikisi görüşün işlə bağlı olduğunu bildirib.
 
Qeyd edək ki, Mayer de Rotşild ekoloqdur və Hyundai IONIQ-un səfiri kimi fəaliyyət göstərib. Bu, sıfırdan inşa edilmiş və xüsusilə hibrid və ya elektrik avtomobili kimi mövcud olan ilk avtomobildir.
 
İnstaqram hesabında o, həmçinin insanları qlobal istiləşmə ilə bağlı xəbərdar edir və maarifləndirir.
 
 
Coli isə 2016-cı ildə keçmiş əri Bred Pittdən ayrıldıqdan sonra ictimaiyyət arasında ciddi münasibət qurmayıb. 2021-ci ildə Los-Ancelesdə The Weeknd ilə bir neçə dəfə görünüb, lakin ikili əlaqəni heç vaxt təsdiqləməyib. Daha sonra, ilin əvvəlində Colinin Paul Mescal ilə tanışlıq şayiələri yayılıb, lakin bu da öz təsdiqini tapmayıb.
 
 
Aysel
Sfera.az
 
 

OXŞAR XƏBƏRLƏR