Füzulidə kaynozoy erasına aid fil sümüyü tapılıb - FOTO

Füzulidə kaynozoy erasına aid fil sümüyü tapılıb - FOTO

Füzuli rayonunun Mahmudlu kəndi ərazisində kaynozoy erasına aid fil sümüyü tapılıb.

Sfera.az AZƏRTAC-a istinadən bildirir ki,  Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Elçin Əsədovun dediyinə görə, filin bud hissəsinin sümüyü bir neçə gün davam edən yağışın Baş Mil kanalının kənarını yuması nəticəsində aşkarlanıb. Sümüyün uzunluğu 135 santimetr, çəkisi 50 kiloqramdır. Aşkar edilən sümüyün fotoşəkilləri Azərbaycan Milli Elmlər Akademiyasının Təbiət Tarixi Muzeyinə göndərilib. Fil sümüyü Füzuli Rayon Tarix-Diyarşünaslıq Muzeyində sərgilənəcək.

Təbiət Tarixi Muzeyinin direktoru, biologiya üzrə fəlsəfə doktoru Tariyel Eybatov isə bildirib ki, tapılan sümüyün kaynozoy erasına aid cənub filinə məxsus olduğu ehtimal edilir. Azərbaycanda 10 milyon il əvvəl məskunlaşan cənub filləri 0,6 - 1,8 milyon il əvvəl Qafqazda geniş yayılmışdı və onların kökü 600 min il əvvəl kəsilib. Hündürlüyü 4 metrə, uzunluğu 8 metrə çatan bu fillər 70 ilədək yaşayırdı.

İndiyədək respublikanın müxtəlif ərazilərində 10-dan çox fil növünün qalıqları tapılıb. Daha çox Kür ətrafında, xüsusən Mingəçevir, Şəmkir, Yenikənd, Gəncə, Astara ərazisində çoxlu sayda fil sümükləri aşkarlanıb. 2001-ci ildə Mingəçevirdə tapılan filin kəllə sümüyü bərpa edilərək, Təbiət Tarixi Muzeyində saxlanılır. "Biz Azərbaycanın regionlarından bu sümükləri yığıb filin skeletini bütövlükdə bərpa edə bilərik", - deyə Tariyel Eybatov bildirib.


OXŞAR XƏBƏRLƏR

Dövlətə xəyanət ittihamı ilə həbs olundu

Azərbaycan vətəndaşı İsmiyev Elnur Tahir oğlu dövlətə xəyanət ittihamı ilə həbs olunub.   Sfera.az-ın məlumatına görə, E.İsmiyev Dövlət Təhlükəsizliy...

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...