İsrailin ən böyük hava limanı işini dayndırdı - FOTO

İsrailin ən böyük hava limanı işini dayndırdı - FOTO

İsraildə martın 27-də ölkənin ən böyük hava limanı olan Ben Quriondan uçuşlar məhkəmə islahatlarına qarşı nümayişlərə görə dayandırılıb. Bu barədə “The Times of Israel” hava limanı işçiləri həmkarlar ittifaqının rəhbəri Pinças İdanın şərhinə istinadən yazıb.
 

Sfera.az bildirir ki, Ben Qurionun əsas hava limanı yalnız beynəlxalq reysləri qəbul edir. Qeyd edək ki, Ben Qurion hava limanı Yaxın Şərqin ən yaxşı beş hava limanından biridir. İldə 20 milyondan çox insanı qəbul edir. Ben Gurion İsrailin əsas hava limanı olan Təl-Əvivdən 15 kilometr məsafədə yerləşən beynəlxalq hava limanıdır və təhlükəsizliyi ilə məşhurdur.
 

Hava limanı ölkənin ilk baş naziri David Ben-Qurionun adını daşıyır. O, İsrailin qurucu atalarından biri hesab olunur.
KİV-in məlumatına görə, baş nazir Benyamin Netanyahu genişmiqyaslı etirazlar fonunda məhkəmə islahatlarının dondurulduğunu elan edə bilər.

 

"Mən hava limanında uçuşların dərhal dayandırılmasını əmr etdim" -deyə İsrailin Histadrut (İsrail həmkarlar ittifaqı) rəhbəri Arnon Bar-David bildirib.
 

O əlavə edib ki, tətilə başqa təşkilatlar da qoşulur.


"Biz hamımız İsrailin taleyi ilə bağlı narahatıq. Gəlin birlikdə deyək ki, biz azmışıq-bu, sol və ya sağdan getmir. Biz artıq milləti qütbləşdirə bilmərik"- Bar-David deyib.
 

“The Jerusalem Post” aeroport rəhbərliyinin beynəlxalq uçuşların İsrailə gəlməsinə icazə verdiyini yazıb.
 

Həmkarlar ittifaqı rəhbəri əlavə edib ki, hakimiyyət güzəştə getməsə, ticarət mərkəzləri, fabriklər və səhiyyə ocaqları tezliklə bağlana bilər.


“Haaretz” qəzeti isə tətilə İsrail prokurorları, vəkilləri və İsrail Ədliyyə Nazirliyinin departamentlərinin əməkdaşlarının da dəstək verdiyini yazıb.


Xatırladaq ki, yanvar ayından bəri israillilər vaxtaşırı küçələrə axışıb.

 

Sonradan məlum olub ki, onlara yüksək texnologiyalar sənayesinin aparıcı nümayəndələri də qoşulub.
 

Martın 27-də axşam Qüdsdəki Knesset binası qarşısında və Təl-Əvivin mərkəzindəki Kaplan küçəsində məhkəmə sisteminə yenidən baxılmasına dəstək məqsədilə müxtəlif nümayişlərin keçiriləcəyi gözlənilir.
 

KİV-in məlumatına görə, baş nazir Benyamin Netanyahu məhkəmə islahatlarının dondurulacağını elan edə bilər. İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir islahatların dondurulmasına qarşı çıxıb.
 

“Biz məhkəmə sistemində islahatları dayandırmamalı və anarxiyaya tab gətirməməliyik.
 

Xatırladaq ki, martın 26-da axşam saatlarında İsraildə hökumət başçısının müdafiə naziri Yoav Qalantı istefaya göndərmək istəyinə görə etirazlar başlayıb.
 

Ölkə tarixindəki kütləvi aksiyalardan biri martın 11-də baş verib. Bu zaman təxminən 200 min insan Təl-Əviv küçələrinə çıxıb.

 

Aynil
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Qadınlar və kişilər niyə xəyanət edir? -Əsl səbəbi AÇIQLANDI

"Xəyanətin əsas səbəbi cansıxıcılıq deyil, partnyorların münasibətlərində emosional və erotik tənəzzüldür".   Sfera.az xəbər verir ki, bunu...

İlham Əliyevin BƏƏ-yə səfəri başa çatdı - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri iyulun 10-da başa çatıb.   Sfera.az xəbər verir ki, ...

Sahibə Qafarova Bosniya və Herseqovinaya getdi -FOTO

​​​​​İyulun 10-da Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya işgüzar səfər edib.   Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələ...

Lerikdə “Qərbi Azərbaycan İrsi” kitabının təqdimat mərasimi keçirildi - FOTO

İyulun 10-da Lerik Rayon Heydər Əliyev Mərkəzində “Qərbi Azərbaycan İrsi: Ermənistanda azərbaycanlıların maddi-mədəni irsinin – qəbiristanlıqların s...

Moskva aeroportlarında məhdudiyyət tətbiq edildi

Moskva vilayətinin hava limanlarında - Vnukovo, Domodedovo və Jukovskidə təyyarələrin qəbulu və buraxılışına müvəqqəti məhdudiyyətlər tətbiq edilib.   ...

Laçında insan skeletinin qalıqları tapıldı

Laçında insan skeletinin qalıqları tapılıb.   Sfera.az-ın xəbərinə görə, insan sümüklərinin qalıqları rayonun Hoçaz kəndində aşkarlanıb.   ...