Vasif Talıbovun adamı daha bir vəzifəsini itirdi

Vasif Talıbovun adamı daha bir vəzifəsini itirdi

"Naxçıvan Sığorta” ASC-nin Direktorlar Şurasının sədri Əsədulla İsgəndərov vəzifəsini tərk edib. 

 

Sfera.az xəbər verir ki, Əsədulla İsgəndərov həm də "Naxçıvanbak” ASC-nin Müşahidə Şurasının sədri idi. Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsindən çıxarıldıqdan bir neçə gün sonra Əsədulla İsgəndərov "Naxçıvanbank” ASC-nin Müşahidə Şurasının sədrliyindən, Baharxanım Talıbova isə Müşahidə Şurasının üzvlüyündən istefa verib. 

 

Baharxanım Talıbova Vasif Talıbovun qızıdır. Bəzi iddialara görə, o, həm də bankın səhmdarlarından biri olub. 

 

Əsədulla İsgəndərovun "Naxçıvanbank” ASC-nin Müşahidə Şurasının sədri vəzifəsində işləməsi onun Vasif Talıbova yaxın olması ilə izah edilir. 

 

Bu arada qeyd edək ki, "Naxçıvan Sığorta” ASC-nin səhmlərinin 100 faizi "Naxçıvanbak” ASC-yə məxsusdur. Nəzərə alsaq ki, sözgedən bank Vasif Talıbovun nəzarətində olub, bu halda "Naxçıvan Sığorta” ASC-nin keçmiş sədrə bağlı olduğunu söyləmək olar. Güman ki, Əsədulla İsgəndərovun ASC-nin Direktorlar Şurası vəzifəsindən uzaqlaşdırılması ilə bu şirkət də Vasif Talıbovun əlindən çıxıb.

 

Qeyd edək ki, "Naxçıvan Sığorta" 2014-cü ildə yaradılıb, Azərbaycanın yeganə regional sığorta şirkətidir. Onun səhmdarı 100% "Naxçıvan Bank" ASC-dir.


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...