“NATO vəziyyəti diqqətlə izləyir” – Rusiyanın Belarusda nüvə raketi yerləşdiməsinə reaksiya

“NATO vəziyyəti diqqətlə izləyir” – Rusiyanın Belarusda nüvə raketi yerləşdiməsinə reaksiya

NATO Rusiyanın Belarus ərazisində taktiki nüvə silahı yerləşdirmək planına reaksiya verib.

 

Sfera.az-ın məlumatına görə, qurumun mətbuat katibi Oana Lunqesku məsələyə münasibət bildirib. “Rusiyanın nüvə ritorikası təhlükəli və məsuliyyətsizdir. NATO vəziyyəti diqqətlə izləyir. Biz bütün NATO müttəfiqlərini qorumağa və müdafiə etməyə hazırıq. Rusiya isə yeni START müqaviləsində iştirakını həmişəlik dayandırıb. O, razılaşmaya əməl etmək üçün geri dönməli və vicdanla hərəkət etməlidir”, deyə Oana vurğulayıb.

 

Belarus müxalifətinin lideri Tsixanouskaya isə deyib ki, Belarus ərazisində silahların yerləşdirilməsi 1990-cı ildə qəbul edilmiş “Belarusun Dövlət Suverenliyi Bəyannaməsi”nə ziddir:

 

“Rusiya işğalçı dövlət kimi davranır, milli təhlükəsizliyi pozur, o cümlədən Belarusu qonşuları və beynəlxalq ictimaiyyətlə münaqişəyə cəlb edir. Lukaşenko Rusiya ambisiyalarının Belarusdakı ifadəçisidir, onu Belarus dövləti və xalqın iradəsi ilə əlaqələndirmək olmaz. Sözügedən proses isə Kremlin böyük dəstəyi ilə beynəlxalq hüququn pozulmasında, insanlığa qarşı cinayətlərdə, Ukraynaya təcavüzdə və Ukrayna xalqına qarşı hərbi cinayətlərdə şəriklikdir”.

 

Qeyd edək ki, ötən gün Rusiya Prezidenti Vladimir Putin Belarusda taktiki nüvə silahları yerləşdirəcəyini açıqlayıb. Kreml rəhbəri Avropada öz silahlarını yerləşdirən ABŞ-la müqayisədə Rusiyanın bu addımının nüvə silahının yayılmaması barədə beynəlxalq razılaşmaya zidd olmadığını deyib.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Andrey Sibiqa: "Kreml Ukraynanın nüvə enerjisinin kritik obyektlərinə zərbələr endirməyə hazırlaşır"

Ukrayna xarici işlər naziri Andrey Sibiqa bildirib ki, Ukrayna kəşfiyyatının məlumatına görə, Kreml qışdan əvvəl Ukraynanın nüvə enerjisinin kritik obyektl...

Ukrayna “Vaqner”in bazasına zərbə endirdi, yanğın baş verdi

Bu gün Krasnodar diyarının Molkino şəhərində “Vaqner” özəl hərbi şirkətinin keçmiş bazasında yanğın baş verib.  Sfera.az Rusiya mediasına ...

“Tuğ” Qoruğunun Əsasnaməsi təsdiqləndi

“Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun Əsasnaməsi təsdiqlənib.   Sfera.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədo...

Dövlət Komitəsinin sədri Moskvada Beynəlxalq Müsəlman Forumunda çıxış etdi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “Sülh yolu: dialoq harmoniyalı birgəyaşayışın əsası kimi” mövzusunda XX Beynəlxalq M...

Azərbaycan “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” seçildi

Azərbaycan “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” seçilib.   Bu barədə Sfera.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlu...

Ərdoğan: "Biz Bəşər Əsədlə görüşməyə hazırıq"

Rəcəb Tayyib Ərdoğan Suriya ilə normallaşma prosesi ilə bağlı danışıb.   Sfera.az xəbər ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BM...