Bayramda 121 nəfər zəhərləndi, 2 nəfər öldü - RƏSMİ

Bayramda 121 nəfər zəhərləndi, 2 nəfər öldü - RƏSMİ

Bayram günləri ilə əlaqədar qeyri-iş günlərində zəhərlənmə şübhəsi ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 121 müraciət daxil olub.

 

Bu barədə Sfera.az-a qurumdan məlumat verilib.

 

Qeyd olunub ki, müraciət edən şəxslərdən 88-nə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb:

 

“33 nəfər şöbəyə yerləşdirilib, onlara zəruri tibbi xidmətlərin göstərilməsinə başlanılıb. Xəstəxanaya yerləşdirilən 33 nəfərdən 23-ü qadın, 10-u kişi olub. Onlardan 5-i dəm qazından, 15-i dərmandan, 8-i sirkə turşusundan, 3-ü botulizm, 2-si isə allergiya səbəbindən zəhərlənib. Həkimlərin səylərinə baxmayaraq, cinsləri qadın olan 2 nəfərin (sirkə turşusu zəhərlənməsi səbəbilə) həyatını xilas etmək mümkün olmayıb”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR