“Putin qorxur və blef edir...” - ABŞ-ın Müharibə Araşdırmaları İnstitu

“Putin qorxur və blef edir...” - ABŞ-ın Müharibə Araşdırmaları İnstitu

Rusiya prezidenti Vladimir Putin Belarusda taktiki-nüvə silahının yerləşdiriləcəyini bildirib. ABŞ-ın Müharibə Araşdırmaları İnstitu isə bunun blef olduğunu bəyan edib. Bildirilib ki, Putinin Belarusda nüvə silahının yerləşdirilməsi barədə elanı, çox güman, Qərbi qorxutmaq üçündür:

 

“Bir çox analitiklər Ukraynanın yaxın zamanlarda genişmiqyaslı əks-hücum əməliyyatına başlayacağını proqnozlaşdırır. Rusiya prezidentinin ritorikası onun da bunu gözlədiyini göstərir. Görünür, Kreml rəhbəri bu əks-hücumlarından qorxur”.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, Rusiya uzun müddətdir, Belarusdan ikinci cəbhə açmağa çalışır, Lukaşenko isə müqavimət göstərir:

 

“Belarus lideri bilir ki, razılıq versə, Qərbin təzyiqləri ilə üzləşəcək. Həmçinin Belarusun imkanları, şübhəsiz, Rusiyanınkı qədər çox deyil. Rəsmi Minsk hələ ki, həm Qərbi, həm də Rusiyanı qane etməyə çalışır. Amma bu, Putini qıcıqlandırmamış deyil. Əlbəttə, Belarusda nüvə silahının yerləşdirilməsi mövcud təzyiq imkanlarını xeyli artıracaq. Beləliklə, Putinin Lukaşenkoyla daha sərt ritorika ilə danışması üçün şərait yaranacaq.  İkinci tərəfdən, Rusiya rəsmiləri, o cümlədən Putin Ukraynanı və kollektiv Qərbi bir neçə dəfə nüvə silahı ilə təhdid edib. Bildirilib ki, Rusiya öz təhlükəsizliyi üçün bütün silahlardan istifadə etməyə hazırdır. Amma xəbərdarlıqlara rəğmən hələ ki, nüvə müharibəsi başlamayıb. Ola bilsin, Putin bu qərarı ilə həm də xəbərdarlıqlarında ciddi olduğuna dair mesaj vermək istəyib”.

 

Müsahibimiz deyib ki, Kremlin sözügedən qərarı eyni zamanda çəkindiricilik məqsədi daşıya bilər:

 

“Son proseslər göstərir ki, Rusiya müharibənin davam etməsində maralı deyil. Bunun üçün Ukraynanın əks-hücumları, Qərbin təzyiqləri dayanmalıdır. Ola bilsin, Putin həm də buna çalışır və göstərmək istəyir ki, təzyiqlər davam edərsə, nüvə müharibəsi başlaya bilər. Əlbəttə, nüvə silahını tətbiqi kimsəyə, o cümlədən də Rusiyanın özünə sərf etmir. Çünki, bu, ikibaşlı məsələdir. Rusiya nüvə silahından istifadə edərsə, Qərb adekvat cavab verəcək. Bu isə bəşəriyyət üçün təhdiddir. Ona görə dünya dövlətləri, xüsusilə Rusiyanın müttəfiqi olan Çin bu məsələ ilə bağlı Putinin fikrini dəyişməyə çalışır. Rusiya yalnız bir halda - itirəcək bir şeyinin olmadığını görəndə bu addımı ata bilər”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Andrey Sibiqa: "Kreml Ukraynanın nüvə enerjisinin kritik obyektlərinə zərbələr endirməyə hazırlaşır"

Ukrayna xarici işlər naziri Andrey Sibiqa bildirib ki, Ukrayna kəşfiyyatının məlumatına görə, Kreml qışdan əvvəl Ukraynanın nüvə enerjisinin kritik obyektl...

Ukrayna “Vaqner”in bazasına zərbə endirdi, yanğın baş verdi

Bu gün Krasnodar diyarının Molkino şəhərində “Vaqner” özəl hərbi şirkətinin keçmiş bazasında yanğın baş verib.  Sfera.az Rusiya mediasına ...

“Tuğ” Qoruğunun Əsasnaməsi təsdiqləndi

“Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun Əsasnaməsi təsdiqlənib.   Sfera.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədo...

Dövlət Komitəsinin sədri Moskvada Beynəlxalq Müsəlman Forumunda çıxış etdi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “Sülh yolu: dialoq harmoniyalı birgəyaşayışın əsası kimi” mövzusunda XX Beynəlxalq M...

Azərbaycan “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” seçildi

Azərbaycan “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” seçilib.   Bu barədə Sfera.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlu...

Ərdoğan: "Biz Bəşər Əsədlə görüşməyə hazırıq"

Rəcəb Tayyib Ərdoğan Suriya ilə normallaşma prosesi ilə bağlı danışıb.   Sfera.az xəbər ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BM...