“Əsas ərzaq malları üzrə idxalın çox olması bahalaşmanı gücləndirir” – Millət vəkili

“Əsas ərzaq malları üzrə idxalın çox olması bahalaşmanı gücləndirir” – Millət vəkili

Azərbaycan əsas ərzaq məhsullarına olan tələbatının önəmli hissəsini idxal hesabına ödəyir. Bunun nəticəsidir ki, əsas ərzaq məhsulları üzrə idxalın həcmi ixracdan çoxdur. 


Sfera.az xəbər verir ki, millət vəkili, iqtisadçı Vüqar Bayramov əsas ərzaq malları üzrə idxalın ixracdan çox olmasının ölkəmizdə inflyasiyaya artırıcı təsir etdiyini bildirib.

 

Onun sözlərinə görə bu səbəbdən idxal inflyasiyasının qiymət artımlarına təsiri daha güclü olur:

 

“Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il diri heyvanlar və heyvan mənşəli məhsullar üzrə idxalımız 386 milyon 957 min dollar olduğu halda ixracatımız 24 milyon 549 min dollar olub. Yəni, ət məhsulları üzrə idxal ixracatı 16 dəfə üstələyib.


Bitki mənşəli məhsullar üzrə idxalımız 968 milyon 758 min dollar, ixracatımız isə 695 milyon 75 min dollar olub. Bitki mənşəli məhsullar üzrə də idxalın 40 faizlik üstünlüyü var.


Hazır qida məhsulları, alkoqollu və alkoqolsuz içkilər, sirkə və tütün, onun əvəzediciləri məhsullar üzrə idxalımız ötən il daha çox olub. Belə ki, 2022-ci ildə Azərbaycan bu kateqoriya üzrə 1 milyard 38 milyon dollar dəyərində məhsul idxal edib və 162 milyon 180 min dollarlıq ixrac reallaşdırıb. Göründüyü kimi, bu vacib mal qrupu üzrə də idxal yüksəkdir”.


V.Bayramov hesab edir ki, dünya və eləcə də regional ərzaq bazarlarındakı qiymət dəyişkənliyini və bir sıra məhsullar üzrə qlobal ərzaq qıtlığını nəzərə alsaq, idxalın minimumlaşdırılması daha vacib məsələdir:

 

“2022-2026-cı illəri əhatə edən İnkişaf Strategiyasında da yerli istehsalın dəstəklənməsi və ərzaq təhlükəsizliyi əsas milli prioritetlər sırasındadır. Bu idxal inflyasiyasının təsirlərinin minimumlaşdırılması və istehlak bazarında qiymətlərin optimallaşdırılması baxımdan da vacibdir”.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

Baş nazir qərar imzaladı

Daşınmaz abidələrin pasportlaşdırılması qaydaları və daşınmaz abidələrin pasportunun nümunəvi forması təsdiqlənib.   Sfera.az xəbər verir ki, bu barə...

Ançelotti bir il müddətinə azadlıqdan məhrum edildi

“Real Madrid”in keçmiş baş məşqçisi Karlo Ançelotti vergi fırıldaqçılığına görə bir il müddətinə azadlıqdan məhrum edilib.   Sfera.az xəb...

Sabah bəzi yerlərdə şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycanın bəzi yerlərində iyulun 10-da şimşək çaxacağı və dolu düşəcəyi gözlənilir.   Bu barədə  Sfera.az-a Milli Hidrometeorologiya Xid...

Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır

Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və “Gilan”nın də...

DSX mayoruna hücum: Ramal Aslanov ifadə verdi

Bakıda DSX mayoruna hücum etməkdə təqsirləndirilən Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib. &nb...

Deputat:"Vasitəçi olmadan keçirilən hər bir görüş iki ölkə arasında ortaq mövqeyin tapılmasını asanlaşdırır"

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında davam edən sülh prosesi çərçivəsində iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində ...