ABŞ-də böhrana səbəb olan bank SATILDI

ABŞ-də böhrana səbəb olan bank SATILDI

ABŞ-də bank böhranının yaranmasına səbəb olan “Silicon Valley Bank” Federal Əmanətlərin Sığortalanması Korporasiyası (FDIC) tərəfindən satılıb. Bankın alıcısı “First Citizens Bank” olub.


Sfera.az xəbər verir ki, “First Citizens Bank” müflis olan bankı almaq üçün 500 milyon dollar ödəyib. 


“Silicon Valley Bank” ABŞ-nin ən böyük 16-cı bankı idi və cəmi aktivləri 167 milyard dollar təşkil edirdi. Ötən il bankın bazar dəyəri 40 milyard dollar olub. Bank müflis olduqdan sonra əvvəlki dəyərinin 1 faizi qiymətinə satılıb.


Xatırladaq ki, 2023-cü ilin martın 10-da adıçəkilən bank öhdəliklərini yerinə yetirə bilmədiyindən müflis elan edilmişdi. Bu qərardan sonra ABŞ-də daha 2 bank bağlandı və əvvəlcə Amerikada, ardınca isə Avropada bank bazarı təlaş səbəbindən ciddi vəsait itkisi ilə üzləşdi. 


“Silicon Valley Bank”ın yeni sahibinin müəyyənləşməsi bank sektoru üçün müsbət xəbər olub. Bu alışdan sonra ABŞ və Avropanın bank bazarında gərginliyin səngiyəcəyi gözlənilir. 


Vasif
 


OXŞAR XƏBƏRLƏR

Putin Paşinyanı Ermənistanın Müstəqillik Günü münasibətilə təbrik etdi

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyana Ermənistanın Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib. Sfera.az&nbs...

Baş nazir QƏRAR İMZALADI

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik edilib.   Sfera.az xəbər verir ki...

Andrey Sibiqa: "Kreml Ukraynanın nüvə enerjisinin kritik obyektlərinə zərbələr endirməyə hazırlaşır"

Ukrayna xarici işlər naziri Andrey Sibiqa bildirib ki, Ukrayna kəşfiyyatının məlumatına görə, Kreml qışdan əvvəl Ukraynanın nüvə enerjisinin kritik obyektl...

Ukrayna “Vaqner”in bazasına zərbə endirdi, yanğın baş verdi

Bu gün Krasnodar diyarının Molkino şəhərində “Vaqner” özəl hərbi şirkətinin keçmiş bazasında yanğın baş verib.  Sfera.az Rusiya mediasına ...

“Tuğ” Qoruğunun Əsasnaməsi təsdiqləndi

“Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun Əsasnaməsi təsdiqlənib.   Sfera.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədo...

Dövlət Komitəsinin sədri Moskvada Beynəlxalq Müsəlman Forumunda çıxış etdi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “Sülh yolu: dialoq harmoniyalı birgəyaşayışın əsası kimi” mövzusunda XX Beynəlxalq M...