Azad edilmiş ərazilərdə daha 609 mina aşkarlandı
Cəmiyyət
10:39 / 27.03.2023
13494
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə daha 609 mina aşkarlanıb.
ANAMA-dan Sfera.az-a verilən məlumata görə, martın 13-dən 25-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 209, tank əleyhinə 400 mina və 469 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Nəticədə 1126 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.