Bakıda ana 5 yaşlı oğlunu niyə öldürdü? - Ruhi xəstə, yoxsa...

Bakıda ana 5 yaşlı oğlunu niyə öldürdü? - Ruhi xəstə, yoxsa...
Bakıda dini təriqət üzvü olan qadın 5 yaşlı oğlunu boğaraq qətlə yetirib.
 
Report-un məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu D.Bünyadzadə küçəsi ev 15 ünvanındakı mənzillərindən birində baş verib. Məlumata görə, orada yaşayan 2011-ci il təvəllüdlü Fərid Quluzadənin meyiti aşkar olunub.
Məlum olub ki, uşağı xristian yönümlü təriqətin üzvü olan anası Nazilə Qulubəyova öldürüb. Belə ki, N.Qulubəyova "pis ruhları çıxartmaq" üçün oğlunun ağız nahiyəsinə əski parçası tutaraq sıxıb. Nəticədə azyaşlı ölüb.
 
Faktla bağlı araşdırmalar davam etdirilir.
 
Təbii ki, ananın bu davranışı cəmiyyətdə böyük rezonans doğurub. Çoxları azyaşlı övladını öldürən ananın ruhi xəstə olduğunu iddia edir. 

Sfera.az lent.az-a istinadən xəbər verir ki, Psixologiya və Konsultasiya Mərkəzinin psixiatrı, psixoterapevt Orxan Fərəclinin sözlərinə görə, bu, ruhi xəstələrdə, xüsusən şizofreniyalı xəstələrdə çox görülən bir haldır: "Belə xəstələr xüsusən də doğmaları haqda fikirləşirlər ki, onlar əziyyət çəkir, hər hansı sağalmayan xəstəlikləri var, ən yaxşısı onu öldürüb bu əzabdan xilas edim. Buna bənzər bir hadisə yaxın günlərdə Yaponiyada baş vermişdi. Qocalar evinin keçmiş işçisi oranın 17 sakinini öldürmüşdü. Böyük ehtimalla eyni cür fikirləşib ki, onları öldürməklə əslində yaxşılıq edir, əzabdan qurtarır. Amma yenə də tək bir faktla demək olmaz ki, bu adam ruhi xəstədir, yaxud şizofrenikdir. Eləcə də 5 yaşlı oğlunu öldürən ananın ruhi xəstə olduğunu dəqiq iddia etmək çətindir. Bu, məhkəmə psixiatriya ekspertizasının həll etməli olduğu məsələdir. Bundan başqa qadının ruhi problemi olmasından daha çox materialda qeyd olunduğu kimi, hansısa təriqətin üzvüdür. Bu təriqətin daxilində belə qaydaların olub-olmaması da təriqəti bilənlər tərəfindən araşdırılmalıdır. Yəni dəqiq araşdırılmalıdır ki, ana bu cinayəti ruhi xəstə olduğu, yoxsa təriqət qanunları tələb etdiyi üçün törədib". 

OXŞAR XƏBƏRLƏR

Tramp İrana təşəkkürünü bildirib

ABŞ Prezidenti Donald Tramp İranı Qətərdəki aviabazaya planlaşdırılan hücum barədə vaxtında xəbərdarlıq etdiyinə görə təşəkkür edib.   Sfera.az xəbər...

Rusiyada ayı hücumu: Ölənlər yaralananlar var

Rusiyanın Yujno-Saxalinsk bölgəsində meşəçilər meşə massivində dörd nəfərə hücum edən ayını axtarırlar.   Sfera.az-ın xəbərinə görə, bu barədə ASTV t...

Ərinin qoyduğu qanunlara görə uşaqları ilə birlikdə çayda boğulan kraliça

1960-cı ildə Taylandda yaşayan Kraliça Sunandha 19 yaşında iki uşaq dünyaya gətirərək ana olub.    Sfera.az bu dəfə həyat yoldaşı və onun qoyduğ...

Ərdoğan Niderlanda gedir - NATO zirvəsində iştirak edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Niderlanda gedəcək.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminmistrasiyasının İctimai...

Milyonlardan imtina edirlər: Ailənin satmaq istəmədiyi evdə nə gizlənir?

Milyonları rədd edən bir ailənin malikanəsində gözlənilməz tapıntı insanları heyrətə gətirib.   Sfera.az bildirir ki, Sidneyin ətrafında yerləşən Zammi...

Bakıdan uçan bir sıra reyslərin marşrutu dəyişdi

Yaxın şərq ölkələrinin hava məkanında tətbiq edilən müvəqqəti məhdudiyyətlər səbəbindən, 23 iyun 2025-ci il tarixində Heydər Əliyev Beynəlxalq Aeroportundan hav...