Xaçmazda toy karvanı qəzaya düşüb, xəsarət alanlar var

Xaçmazda toy karvanı qəzaya düşüb, xəsarət alanlar var

 

Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun Xaçmazın Qusarçay kəndindən keçən hissəsində "VAZ-21012" markalı minik avtomobili ilə "SKODA" markalı minik avtomobili toqquşub.

 

Sfera.az report-a istinadən xəbər verir ki, qəza nəticəsində 1985-ci il təvəllüdlü Daşdəmirov Nazxanım Soltanəli qızı, 2011-ci il təvəllüdlü Daşdemirova Lamiyyə Mansur qızı, 1981-ci il təvəllüdlü Qasımova Naidə Əliskəndər qızı və 1991-ci il təvəllüdlü Zülfüqarov Alim Aydın oğlu müxtəlif dərəcəli xəsarət alıblar.

 

Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

 

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR