“Zita və Gita” 50 il sonra TANINMAZ HALDA – FOTOLAR

“Zita və Gita” 50 il sonra TANINMAZ HALDA – FOTOLAR

Dünyaca məşhur “Zita və Gita” filmində əkiz bacıların obrazını yaratmaqla 70-ci illərdə şöhrət qazanan hind aktrisası Hema Malini son halıyla təəccübləndirib.





Sfera.az Medianews.az-a istinadən xəbər verir ki, 73 yaşlı ulduzun pərəstişkarları onun tanınmaz dərəcədə dəyişildiyini bildiriblər.



Hema Malini karyerasını 17 yaşından qurmağa başlayıb, dünya şöhrətini isə 1972-ci ildə çəkilən “Zita və Gita” filmindən sonra qazanıb. Filmin süjeti, eləcə də aktrisanın eyni anda iki obrazı canlandırması Malinini Bollivud əfsanəsinə çevirib.





Film çəkiləndən 50 il sonra onun rol aldığı layihələrin sayı 150-ni ötüb.





Qeyd edək ki, onun “Zita və Gita” filmindəki tərəf müqabili Dxarmendra evli olsa da, real həyatda da onunla ailə qurub. Belə ki, 1975-ci ildə aktyor artıq 4 uşağı olan xanımından boşanmaq və Hema ilə evlənmək qərarına gəlib. Lakin yoldaşı razı olmayıb. Bundan sonra aktyor İslamı qəbul edərək Malinini özünün ikinci xanımı edib. Aktrisanı belə vəziyyət narahat etməyib, çünki yoldaşı birinci xanımıyla deyil. yalnız onunla yaşayıb. Bu evlilikdən onların iki qızı dünyaya gəlib.




OXŞAR XƏBƏRLƏR

60 il əvvəl məişət zorakılığından qaçan qadın tapıldı - FOTO

Amerika Birləşmiş Ştatlarında altmış ildən artıqdır itkin düşən 82 yaşlı Odri Beykberq tapılıb. Məlum olub ki, o, ərinin törətdiyi məişət zorakılığından qaçıb. ...

"Saxta canavar" əməliyyatı: Polis Ledi Qaqanın konsertində terror hücumunun qarşısını aldı

Braziliya polisi terror aktına cəhddə şübhəli bilinən şəxsləri həbs edib.   Sfera.az bildirir ki, polis Rio-de-Janeyrodakı Kopakabana çimərliyində &ldq...

Lotereyadan 167 milyon dollar qazadı, 4 gün sonra həbs olundu

ABŞ vətəndaşı Ceyms Fartinq adlı şəxs anasına 2 dollara lotereya bileti alıb. Aprelin 26-da o, 167,3 milyon dollar udduğunu öyrənib. İki gün sonra, aprelin 28-...

Uinston Çörçilin Londondakı mənzili 5 milyon dollara satışa çıxarılıb - FOTOLAR

Böyük Britaniyanın paytaxtı Londonda keçmiş baş nazir Uinston Çörçilin iqamətgahı 5 milyon dollara satışa çıxarılıb.   Sfera.az bildirir ki, iki otaq...

Nazarbayevin xanımı xəstəxanaya yerləşdirildi

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevın xanımı Sara Nazarbayeva xəstəxanaya yerləşdirilib.   Sfera.az bu barədə yerli mediaya istinadə...

Bu ölkədə 5,7 bal gücündə zəlzələ oldu

​​​​​Meksikada 5,7 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Milli Seysmoloji Xidməti məlumat yayıb.  ...