"Buranın abadlaşdırılması irsimizin qorunması nöqteyi-nəzərdən yaxşı olardı" - FOTOLAR

"Yunus Əmrənin ehtimal edilən məzarlığını axtararkən Qaxdan İlisuya gedən istiqamətdə yolun sol tərəfindəki qəbirstanlıqda oldum. Qaxda kimdən ziyarətgahı soruşsan, buranı işarə edir."

 

Sfera.az xəbər verir ki, bunun Facebook sosial şəbəkə hesabında Rüstəm Qaraxanlı qeyd edib.

 

Onun sözlərinə görə, qəbirstanlığın girişində yaşlı bir kişi oturur. O, buranın belə demək mümkündürsə, bələdçisidir - deyə bildirib.
 

"Şəkillərdə görünən həmin ziyarətgahdır. Məzar daşlarından görünür ki, qəbirlər sufilərindir. Deyəsən 7 məzardır, ağsaqqal deyir ki, 7 qardaş olublar. Təbii ki, ərəb əlifbasını bilmədiyimdən nə özüm bir şey oxuya bildim, nə də kişidən hansısa elmi məlumatı gözləmək əbəs olardı".

 

R.Qaraxanlı vurğulayıb ki, həm bu ziyarətgah, həm də Yunus Əmrənin məzarının abadlaşdırılması həm irsimizin qorunması, həm də turizm nöqteyi-nəzərdən yaxşı olardı.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...