Zukerberq üçüncü dəfə ata oldu - FOTO

Zukerberq üçüncü dəfə ata oldu - FOTO

Biznesmen və Meta Platformaların yaradıcısı Mark Zukerberqin qızı olub. Bu barədə Zukerberq İnstaqram səhifəsində məlumat verib.


Sfera.az bildirir ki, Mark və həyat yoldaşı Priskilla yeni doğulan qızlarına Avreliya adı verib. Körpə martın 24-ü anadan olub və cütlüyün üçüncü övladıdır.


"Dünyaya xoş gəlmisən, Aureliya Çan Zukerberq! Sən belə kiçik bir nemətsən"-deyə Mark yazıb.

 

O, balaca Aureliyanın ilk fotolarını da paylaşıb.

 

Onlardan birində Zukerberq yeni doğulmuş qızına baxaraq gülümsəyir. İkinci fotoda körpə ananın sinəsi üstündə yatır.

Mark Zuckerberg və Priscilla Chan haqqında nə məlumdur?
 

Cütlük 2012-ci ildə evlənmədən əvvəl uzun illər görüşüb.
 

Toy sadə mərasimlə keçirilib, dostlar və qohumlar üçün sürpriz olub. Onlar sadəcə Priskillanın PhD dərəcəsini qeyd etmək üçün ziyarətə dəvət olunub.
 

Ancaq hamı gələndə toy olduğu deyilib və Zukerberqin Palo Altodakı evinin həyətində mərasim qeyd olunub.

2015-ci ildə cütlüyün Maksima (Maks), iki il sonra isə Augusta adlı qızı doğulub.
 

Xatırladaq ki, 2022-ci ilin sentyabrında Mark Zukerberq həyat yoldaşının uşaq gözlədiyini açıqlamışdı. Zukerberq həyat yoldaşı ilə fotosunu yayımlayaraq, "Sevgilərimlə, biz Maks və Augustanın gələn il bir bacısı olacağını elan etməkdən xoşbəxtik"-yazıb.

 

Bu yaxınlarda Mark Zukerberqin Metaverse layihəsinə görə bir ildə 100 milyard dollardan çox itirərək milyarderlər sırasında yer itirdiyini də yazmışdıq. Buna səbəb “Meta Corporation”ın gəlirlərinin ötən illə müqayisədə 4,5% azalması olub.

 

Xanım

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Baş nazir QƏRAR İMZALADI

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik edilib.   Sfera.az xəbər verir ki...

Andrey Sibiqa: "Kreml Ukraynanın nüvə enerjisinin kritik obyektlərinə zərbələr endirməyə hazırlaşır"

Ukrayna xarici işlər naziri Andrey Sibiqa bildirib ki, Ukrayna kəşfiyyatının məlumatına görə, Kreml qışdan əvvəl Ukraynanın nüvə enerjisinin kritik obyektl...

Ukrayna “Vaqner”in bazasına zərbə endirdi, yanğın baş verdi

Bu gün Krasnodar diyarının Molkino şəhərində “Vaqner” özəl hərbi şirkətinin keçmiş bazasında yanğın baş verib.  Sfera.az Rusiya mediasına ...

“Tuğ” Qoruğunun Əsasnaməsi təsdiqləndi

“Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun Əsasnaməsi təsdiqlənib.   Sfera.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədo...

Dövlət Komitəsinin sədri Moskvada Beynəlxalq Müsəlman Forumunda çıxış etdi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “Sülh yolu: dialoq harmoniyalı birgəyaşayışın əsası kimi” mövzusunda XX Beynəlxalq M...

Azərbaycan “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” seçildi

Azərbaycan “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” seçilib.   Bu barədə Sfera.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlu...