Ələtdə zorakılıq əlamətləri olan kişi meyiti aşkarlandı
Cəmiyyət
21:26 / 25.03.2023
43477
Martın 25-də saat 20 radələrində Qaradağ rayonu Ələt qəsəbəsində evlərin birində Dəyanət Tapdıq oğlu Cəfərovun üzərində zorakılıq əlamətləri olan meyitinin aşkarlaması barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətindən Sfera.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin saxlanılması istiqamətində tədbirlər görülür.
Əlavə məlumat veriləcəkdir.