Həyat yoldaşını itirən kişilər NİYƏ TEZ ÖLÜR? - ARAŞDIRMA

Həyat yoldaşını itirən kişilər NİYƏ TEZ ÖLÜR? - ARAŞDIRMA

Danimarkada aparılan bir araşdırma göstərib ki, həyat yoldaşını itirmək qadınlarla müqayisədə kişilər üçün daha ölümcül olur. 


Sfera.az xəbər verir ki, “Medical Xpress” saytında yer alan xəbərə görə, həyat yoldaşının vəfatından bir il sonra 65-69 yaş arası dul kişilər arasında ölüm ehtimalı 70 faiz təşkil edir. Dul qadınlar arasında isə ölüm ehtimalı cəmi 27 faiz olub. 


Tədqiqat, yaşı 65 və yuxarı olan təxminən 925 min danimarkalı üzərində aparılıb. Kopenhagen Universitetinin İctimai Sağlamlıq Departamentində araşdırma aparan mütəxəsislər dul kişilərdə ölüm ehtimalının yüksək olmasını kişilərin fiziki və emosional sağlamlığının pozulması ilə əlaqələndiriblər. Belə ki, evli olan kişilər həyat yoldaşlarının qayğısı ilə əhatə olunduğundan, yoldaşlarınn dünyasını dəyişməsi kişilərin həyatında böhran yaradır. 

 

Tədqiqatlar onu da aşkara çıxarıb ki, həyat yoldaşlarının ölməsindən sonra kişilərin sağlamlıqla bağlı xərcləri də çox artır.


Vasif


OXŞAR XƏBƏRLƏR

Sabah bəzi yerlərdə şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycanın bəzi yerlərində iyulun 10-da şimşək çaxacağı və dolu düşəcəyi gözlənilir.   Bu barədə  Sfera.az-a Milli Hidrometeorologiya Xid...

Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır

Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və “Gilan”nın də...

DSX mayoruna hücum: Ramal Aslanov ifadə verdi

Bakıda DSX mayoruna hücum etməkdə təqsirləndirilən Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib. &nb...

Deputat:"Vasitəçi olmadan keçirilən hər bir görüş iki ölkə arasında ortaq mövqeyin tapılmasını asanlaşdırır"

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında davam edən sülh prosesi çərçivəsində iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində ...

Sabahdan ADY qatarları yay qrafikinə keçir - Hərəkət cədvəli

10 iyuldan etibarən “Azərbaycan Dəmir Yolları” QSC-nin Abşeron dairəvi dəmir yolu marşrutu üzrə hərəkət edən sərnişin qatarları yay qrafikinə keçəcə...

Qaydalara əməl etməyən moped sürücüsü piyadanı vurdu - ANBAAN VİDEO

Qaydalara əməl edib piyada keçidindən istifadə edən piyadanı moped sürücüsü vurub.   Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyini...