Bank böhranı Avropaya çatıb – Nağd pul çıxarışları artır

Bank böhranı Avropaya çatıb – Nağd pul çıxarışları artır

ABŞ və Avropanın bank sektoru üzərində martın əvvəlində yaranan gərginlik getdikcə güclənir. 


Sfera.az xəbər verir ki, artıq böyük investorlar və digər müştərilər banklardan daha çox pul çıxartmağa başlayıb. Həm ABŞ-nin, həm də Avropa ölkələrinin mərkəzi banklarının ümidverici açıqlamalarına baxmayaraq, depozit sahibləri vəsaitlərini banklardan tədricən çəkir.  


“Bloomberg” yazır ki, yaranan qorxu və təlaş səbəbindən nağd pul çıxarışları pandemiyadan sonra ən yüksək həddə çatıb. Qlobal nağd pul hərəkətliliyi son 4 həftədə 300 milyard dolları ötüb ki, bu da 2020-ci ildən sonra qeydə alınan rekord göstəricidir. Pandemiyadan öncə isə belə yüksək hərkətlilik 2008-ci ildəki maliyyə böhranı zamanı müşahidə edilmişdi. 


Nağd pul çıxarışlarının artmasından sonra qlobal pul bazarı aktivlərinin həcmi 5,1 trilyon dolları ötüb. 


Banklardan nağd vəsaitlərin çəkilməsi böyük bankların likvidliyinə və dəyərinə mənfi təsir edir. Avropanın və dünyanın ən böyük banklarından olan Almaniyanın “Deutsche Bankı”nın səhmləri yalnız bir gündə 14,9% azalaraq son 5 ayın ən aşağı səviyyəsinə düşüb. Almaniyanın ən böyük bankının bazar dəyəri cəmi bir həftə ərzində 3 milyard dollar azalıb.


“Harvard” universitetinin professoru və BVF-nin keçmiş baş iqtisadçısı Kenes Roqof bank sektorunda müşahidə edilən sıxıntını uzunmüddətli ucuz kreditlərin həcminin artması ilə izah edib. 


Onun fikrincə, bir neçə ilə ərzində bankların ucuz kreditlərdən istifadəsi belə bir vəziyyəti yaradıb. O qeyd edib ki, ABŞ-də bağlanan SVB bankı əldə etdiyi ucuz vəsaitləri istiqrazlara və sığortalanmayan yüksək faizli əmanətlərə yönəldib. FED-in faizləri artırması istiqrazları ucuzlaşdırıb və SVB bu istiqrazları vaxtından əvvəl böyük zərərlə satıb. Məhz SVB-nin bu cür təlaşlı hərəkəti əmanətçilər arasında təşviş yaranmasına və bankdan böyük həcmdə vəsaitlərin çıxarılmasına səbəb olub.
Bununla belə Roqof hesab edir ki, hazırda banklar 2008-ci ildə baş verən maliyyə böhranı dövrü ilə müqayisədə daha güclüdürlər. O banklarda kapitallaşmanın xeyli artdığını və bankların özünə aid olan vəsaitlərin daha çox olduğunu vurğulayıb. Buna görə də o, təlaşın və qorxunun qısa müddətdə aradan qalxacağı təqdirdə 2008-ci ildəkinə bənzər maliyyə böhranının yaşanmayacağını bildirib. 


Vasif


OXŞAR XƏBƏRLƏR

Sabah bəzi yerlərdə şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycanın bəzi yerlərində iyulun 10-da şimşək çaxacağı və dolu düşəcəyi gözlənilir.   Bu barədə  Sfera.az-a Milli Hidrometeorologiya Xid...

Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır

Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və “Gilan”nın də...

DSX mayoruna hücum: Ramal Aslanov ifadə verdi

Bakıda DSX mayoruna hücum etməkdə təqsirləndirilən Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib. &nb...

Deputat:"Vasitəçi olmadan keçirilən hər bir görüş iki ölkə arasında ortaq mövqeyin tapılmasını asanlaşdırır"

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında davam edən sülh prosesi çərçivəsində iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində ...

Sabahdan ADY qatarları yay qrafikinə keçir - Hərəkət cədvəli

10 iyuldan etibarən “Azərbaycan Dəmir Yolları” QSC-nin Abşeron dairəvi dəmir yolu marşrutu üzrə hərəkət edən sərnişin qatarları yay qrafikinə keçəcə...

Qaydalara əməl etməyən moped sürücüsü piyadanı vurdu - ANBAAN VİDEO

Qaydalara əməl edib piyada keçidindən istifadə edən piyadanı moped sürücüsü vurub.   Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyini...