Rusiya neft satışında çətinliklə üzləşdi - Dövlət büdcəsində BÖYÜK KƏSİR

Rusiya neft satışında çətinliklə üzləşdi - Dövlət büdcəsində BÖYÜK KƏSİR

2023-cü ilin fevralında Rusiya neftinin “Drujba” kəməri ilə Avropaya tədarükü 2022-ci ilin eyni dövrü ilə müqayisədə 3 dəfə azalaraq 939,3 min tona düşüb. 


Sfera.az xəbər verir ki, bu barədə rus mediası Rusiyanın Energetika Nazirliyinin statistikasına istinad edərək məlumat yayıb.


Nazirliyin məlumatlarından aydın olur ki, “Drujba” ilə tədarükün kəskin azalması Almaniya və Polşaya ixracın dayanması, həmçinin Slovakiyaya tədarükün iki dəfə azalaraq 215 min tona düşməsi ilə bağlıdır. 


Adıçəkilən kəmərlə Macarıstana ixrac da 16 faiz azalıb və 319 min ton olub. Yalnız Çexiya idxalı 55 faiz artıraraq 405 min tona çatdırıb.


Qeyd edək ki, Rusiyadan Avropaya boru kəməri ilə neft ixracına qadağa tətbiq etmək Macarıstanın mövqeyinə görə mümkün olmayıb. Lakin Polşa və Almaniya könüllü olaraq Rusiyadan neft almaqdan imtina edib. Slovakiya isə 2024-cü ildən idxalı tam dayandıracaq. 


Rusiyalı analitiklər bildirir ki, Macarıstan da Rusiya neftinin idxalını tam dayandıra bilər. Macarıstan “Adriatik” neft kəməri ilə neft almaq üçün Xorvatiya ilə əməkdaşlığa hazırlaşır. Əgər iki ölkə arasında razılaşma olarsa, Macarıstan da Rusiyadan neft alışını dayandıracaq.


Yaranmış vəziyyətdə Rusiya neft ixracında ümidini dənizlərə yönəldib. 


Bu ilin əvvəlindən Rusiyanın dənizlərdən neft tədarükü 11,6 faiz artaraq gündəlik 3,36 milyon barelə çatıb. Alıcılar da dəyişib. Bir il əvvəl neftin böyük hissəsini Avropa İttifaqı və Böyük Britaniya alırdısa, 2023-cü ilin fevralında rus neftinin dəniz vasitəsilə əsas alıcısı Çin olub.


Neft ixracında çətinliklərlə üzləşməsi Rusiyanı xammalı daha ucuz satmağa məcbur edir. Bu səbəbdən Rusiyanın neft satışından gəliri xeyli azalıb. 2023-cü ilin fevralında Rusiyanın neft və qaz satışından əldə etdiyi gəlirlər əvvəlki ilin eyni ayına nisbətən 46 faiz azalaraq 8 milyard dollar təşkil edib. Gəlirin kəskin azalması Rusiyanın dövlət büdcəsində böyük kəsirin yaranmasına səbəb olub.


Vasif

 


OXŞAR XƏBƏRLƏR

Sabah bəzi yerlərdə şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycanın bəzi yerlərində iyulun 10-da şimşək çaxacağı və dolu düşəcəyi gözlənilir.   Bu barədə  Sfera.az-a Milli Hidrometeorologiya Xid...

Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır

Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və “Gilan”nın də...

DSX mayoruna hücum: Ramal Aslanov ifadə verdi

Bakıda DSX mayoruna hücum etməkdə təqsirləndirilən Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib. &nb...

Deputat:"Vasitəçi olmadan keçirilən hər bir görüş iki ölkə arasında ortaq mövqeyin tapılmasını asanlaşdırır"

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında davam edən sülh prosesi çərçivəsində iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində ...

Sabahdan ADY qatarları yay qrafikinə keçir - Hərəkət cədvəli

10 iyuldan etibarən “Azərbaycan Dəmir Yolları” QSC-nin Abşeron dairəvi dəmir yolu marşrutu üzrə hərəkət edən sərnişin qatarları yay qrafikinə keçəcə...

Qaydalara əməl etməyən moped sürücüsü piyadanı vurdu - ANBAAN VİDEO

Qaydalara əməl edib piyada keçidindən istifadə edən piyadanı moped sürücüsü vurub.   Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyini...