Ət qiymətləri yenidən ARTACAQ - SƏBƏB

Ət qiymətləri yenidən ARTACAQ - SƏBƏB

Azərbaycanda qırmızı ət qiymətlərinin yüksəlməsinin əsas səbəblərindən biri də ətlik məqsədilə saxlanılan heyvanların sayının artmamasıdır. Son illərdə ölkəmizdə əhali sayının artması ilə əlaqədar qırmızı ətə olan tələb yüksəlib. Amma həm iribuynuzlu, həm də xırdabuynuzlu heyvan sayında artım ya yoxdur, ya da olduqca azdır.  


Sfera.az xəbər verir ki, 2019-2023-cü illəri əhatə edən son 4 ildə inək və camış sayı cüzi artıb, qoyun və keçi sayı isə xeyli azalıb.


Ölkəmizdə 2019-cu ilin yanvarında 1,279 milyon baş inək və camış olduğu halda, onların sayı 2023-cü ilin yanvarında 1,289 milyon başa yüksəlib. Dörd il ərzində inək və camışların sayı cəmi 10 min baş, yəni 0,78 faiz artıb.


Bu artım əsasən südlük yönlü heyvanlar hesabına baş verib. Son illərdə Azərbaycana iri təsərrüfatlar tərəfindən südlük yönlü cins heyvanların idxalının böyük olması say artımını təmin edib. Ətlik heyvanların sayında isə artım yoxdur. 


Qoyun və keçi sayında vəziyyət acınacaqlıdır. 2019-cu ilin yanvarında 8,304 milyon baş olan qoyun və keçi sayı bu ilin yanvarında 7,752 milyon başa geriləyib. Dörd ildə xırdabuynuzlu heyvan sayı 552 min, yaxud 6,65 faiz azalıb. 


Rəqəmlərdən də göründüyü kimi yerli istehsal qırmızı ət bazarındakı artan tələbi qarşılaya bilmir. Buna görə də Azərbaycan hər il xaricdən çoxlu sayda diri inək və qoyun idxal edir. Bunun nəticəsində isə Azərbaycanda davamlı olaraq mal və qoyun ətinin qiymətində artım müşahidə olunur. Yerli istehsal artmayacağı təqdirdə ölkəmizdə mal və qoyun ətinin qiymətində artım davam edəcək. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR

Andrey Sibiqa: "Kreml Ukraynanın nüvə enerjisinin kritik obyektlərinə zərbələr endirməyə hazırlaşır"

Ukrayna xarici işlər naziri Andrey Sibiqa bildirib ki, Ukrayna kəşfiyyatının məlumatına görə, Kreml qışdan əvvəl Ukraynanın nüvə enerjisinin kritik obyektl...

Ukrayna “Vaqner”in bazasına zərbə endirdi, yanğın baş verdi

Bu gün Krasnodar diyarının Molkino şəhərində “Vaqner” özəl hərbi şirkətinin keçmiş bazasında yanğın baş verib.  Sfera.az Rusiya mediasına ...

“Tuğ” Qoruğunun Əsasnaməsi təsdiqləndi

“Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun Əsasnaməsi təsdiqlənib.   Sfera.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədo...

Dövlət Komitəsinin sədri Moskvada Beynəlxalq Müsəlman Forumunda çıxış etdi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “Sülh yolu: dialoq harmoniyalı birgəyaşayışın əsası kimi” mövzusunda XX Beynəlxalq M...

Azərbaycan “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” seçildi

Azərbaycan “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” seçilib.   Bu barədə Sfera.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlu...

Ərdoğan: "Biz Bəşər Əsədlə görüşməyə hazırıq"

Rəcəb Tayyib Ərdoğan Suriya ilə normallaşma prosesi ilə bağlı danışıb.   Sfera.az xəbər ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BM...