Türkiyədəki ermənilər prezident seçkilərində ONA SƏS VERƏCƏKLƏR

Türkiyədəki ermənilər prezident seçkilərində ONA SƏS VERƏCƏKLƏR

Türkiyənin erməni icması müxalifət blokunun vahid namizədi, Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğluya səs verəcək. 

 

Sfera.az xəbər verir ki, bu proqnozu İstanbulda nəşr olunan “Aqos” erməni qəzetinin redaktoru Baqrat Estukyan "Sputnik Ermənistan"a müsahibəsində verib.

 

Türkiyədə keçirilən seçkilərin Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına mümkün təsiri ilə bağlı sualı cavablandıran Estukyan bildirib ki, maydakı səsvermənin nəticələri bu prosesə ciddi təsir göstərməyəcək, çünki hakimiyyət və Ermənistanla münasibətlər məsələsində müxalifət də oxşar mövqedən çıxış edir.

 

O qeyd edib ki, hazırda Ermənistan-Türkiyə münasibətləri müəyyən inkişaf mərhələsindədir. Eyni zamanda, onun fikrincə, “gizli diplomatiya” baş verir, tərəflərin bütün təmasları ictimaiyyət qarşısında baş tutmur.

 

Lakin qeydə alınmış namizədlərin heç biri seçki proqramlarında Türkiyə-Ermənistan münasibətlərinin normallaşması mövzusunu qeyd etməyib.

 

Türkiyədə ümumi parlament və prezident seçkiləri mayın 14-nə təyin edilib. Martın 27-dək namizədlər yekun 100 min seçici imzası olan protokolu Türkiyə MSK-ya təqdim etməlidirlər.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR

Baş nazir qərar imzaladı

Daşınmaz abidələrin pasportlaşdırılması qaydaları və daşınmaz abidələrin pasportunun nümunəvi forması təsdiqlənib.   Sfera.az xəbər verir ki, bu barə...

Ançelotti bir il müddətinə azadlıqdan məhrum edildi

“Real Madrid”in keçmiş baş məşqçisi Karlo Ançelotti vergi fırıldaqçılığına görə bir il müddətinə azadlıqdan məhrum edilib.   Sfera.az xəb...

Sabah bəzi yerlərdə şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycanın bəzi yerlərində iyulun 10-da şimşək çaxacağı və dolu düşəcəyi gözlənilir.   Bu barədə  Sfera.az-a Milli Hidrometeorologiya Xid...

Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır

Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və “Gilan”nın də...

DSX mayoruna hücum: Ramal Aslanov ifadə verdi

Bakıda DSX mayoruna hücum etməkdə təqsirləndirilən Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib. &nb...

Deputat:"Vasitəçi olmadan keçirilən hər bir görüş iki ölkə arasında ortaq mövqeyin tapılmasını asanlaşdırır"

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında davam edən sülh prosesi çərçivəsində iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində ...