Çoxmərtəbəli bina böyüklüyündə asteroid Yerə yaxınlaşır - FOTO

Çoxmərtəbəli bina böyüklüyündə asteroid Yerə yaxınlaşır - FOTO

Alimlər tərəfindən ən son kəşf edilən və "2023 DZ2" adı ilə təyin edilən asteroid martın 25-də Yer kürəsinin yanından keçməlidir. 

 

Sfera.az xəbər verir ki, bu barədə “The Watchers” məlumat yayıb .

 

Alimlərin fikrincə, o, planetimizin yanından cəmi 175 min kilometr məsafədə 28 044 km/saat sürətlə uçacaq. Diametri 43 ilə 95 metr arasında dəyişən nəhəng kosmik qaya ilk dəfə fevralın 27-də Kanar adalarındakı rəsədxanada müşahidə edilib.


Bu, 2021-ci ilin sentyabrından bu yana Yer kürəsini keçən ən böyük asteroiddir.

 

Asteroidi həvəskar teleskoplarla görmək olar: kosmik qaya yavaş-yavaş hərəkət edən ulduz kimi görünəcək. Asteroid Bakı vaxtı ilə saat 11:52-də Yerə ən yaxın mövqedə olacaq. Əgər "2023 DZ2" Yerə düşsə, bu, böyük ziyana səbəb ola bilər.


Xatırladaq ki, eni 18 m olan Çelyabinsk meteoriti yeddi min binaya ziyan vurmuşdu, yeni “qonaq” isə yəqin ki, bundan üç dəfə çoxziyan vura bilər. Lakin asteroidin orbiti haqqında mövcud məlumatlara əsasən onun Yerlə toqquşma ehtimalı azdır.

 

İnci

 


 

 


OXŞAR XƏBƏRLƏR

Gəncə sakinini bıçaqlayan şəxs tutuldu

Gəncə sakininə bıçaqla xəsarət yetirən şəxs tutulub.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qr...

Prezident Ağdamın Kəngərli kəndinin açılışında iştirak edib - FOTO - YENİLƏNİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib.   Sfer...

Temperatur 4-6 dərəcə düşəcək - XƏBƏRDARLIQ

Şimal və qərb rayonlarından mayın 11-i günün ikinci yarısı başlayaraq 15-i axşamadək hava şəraitinin arabir yağıntılı olacaq.   Sfera.az xəbər v...

Ölkədə evlərin qiyməti bu qədər bahalaşdı - RƏSMİ

2021-2025-ci illərdə mənzil bazarında 55 % qiymət artımı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu artım Dövlət Statistika Komitəsinin rəsmi m...

Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edir - FOTOLAR

Bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasından 102 il ötür.   Sfera.az Trend-ə istinadən xəbər verir ki, ölkə ictimaiyyətinin nümayəndələri...

Avropa liderləri atəşkəs tələbi ilə Ukraynadadır

Almaniya kansleri Fridrix Mers, Fransa prezidenti Emmanuel Makron, İngiltərə baş naziri Keir Starmer və Polşa baş naziri Donald Tusk bu gün səhər saatlarında Ki...