Müğənniyə “oxumasan, bokal gələcək” dedi, həbs edildi

Müğənniyə “oxumasan, bokal gələcək” dedi, həbs edildi

Naxçıvanda yerləşən kafelərdən birində mahnı sifarişi ilə bağlı müğənni və müştəri arasında mübahisə yaşanıb.

 

Sfera.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, Fuad Qocayev (şərti) əmisi oğlu Fərhad Qocayevlə (şərti) kafedə yeyib-içdikdən sonra orada müğənni kimi çalışan xanıma mahnı sifariş ediblər. Lakin xanım mahnını oxuya bilməyəcəyini deyib.

 

Bundan sonra əmioğlular təkid edib və “pulla oxumursan?”, “oxumasan, bokal gələcək” deyərək müğənniyə tərəf 100 manat pul atıblar. Bundan sonra xanım musiqi cihazını söndürüb, oxumayacağını deyib. Tərəflər arasında mübahisə yaşanıb və onlar bir-birlərini təhqir ediblər. Kafenin sahibi əraziyə polis çağırıb.

 

Fuad və Fərhad Naxçıvan Şəhər 1 nömrəli Polis Bölməsinə aparılıb. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin 535 (polisin qanuni əmrinə tabe olmama) və 510-cu (xırda xuliqanlıq) maddələri ilə protokol tərtib olunub. Protokol baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilib.

 

Məhkəmənin qərarı ilə Qocayevlər 17 gün müddətinə inzibati qaydada həbs edilib.


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...