"Saakaşvilini ölkəyə qaytarmaqda məqsəd..."- Baş nazirdən İDDİA
Siyasət
16:10 / 24.03.2023
45090
Gürcüstanın baş naziri İrakli Qaribaşvili ölkə parlamentində dinləmələr zamanı bəyan edib ki, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin ölkəyə qaytarılmasında məqsəd inqilab, qan tökmək və hakimiyyəti zorakılıqla devirməkdir.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Qaribaşvili bildirib ki, keçmiş prezidenti ölkəyə qaytarmaqda məqsəd Gürcüstanda müharibə üçün zəmin hazırlamaq olsa da, bu plan iflasa uğrayıb və Gürcüstanın daxili və xarici düşmənləri məğlub olub. İrakli Qaribaşvili əlavə edib ki, Mixail Saakaşvili ölkəyə Rusiya-Ukrayna müharibəsi ərəfəsində öz planlarını həyata keçirmək üçün gəlib, bunu Ukrayna hakimiyyətinin bəyanatları da sübut edir.
İnci