Bu rayonlar qazsız qalacaq
Gündəm
18:10 / 13.10.2016
1756
Oktyabrın 14-də saat 10:00-dan 18:00-dək "Qaz İxrac" İdarəsinin Abşeron Magistral qaz kəmərləri sahəsinin "Novxanı" və "Mehdiabad", Ağdaş Magistral qaz kəmərləri sahəsinin "Yevlax-1", Astara Magistral qaz kəmərləri sahəsinin "Yardımlı" və "Əngəvül" qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
Sfera.az Trend-ə istinadən bildirir ki, təmir müddətində Abşeron rayonunun Novxanı və Mehdiabad qəsəbələrinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Yardımlı rayonunun və Yevlax şəhərinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.