\"Ən güclü orduların toqquşmasının nəticəsi...\" - Medvedevdən XƏBƏRDARLIQ

\

Dünyanın ən güclü ordularının toqquşmasının nəticələri dəhşətli olacaq.

 

Sfera.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev məlumat verib.

 

Medvedevin fikrincə, dünyanın aparıcı gücləri arasında real toqquşma olarsa, onlardan hansının qalib gəldiyini anlamaq mümkün olmayacaq. “Əgər ən güclü ordular müharibəyə başlasa, qalibi necə müəyyənləşdirəcəyik? Bu işdə qalibin olmayacağı tamamilə aydındır”, - deyə siyasətçi bildirib.

 

Xatırladaq ki, bundan əvvəl Medvedev Qərb dövlətləri öz dominantlıqlarını təsdiq etməyə çalışdıqları üçün onilliklər ərzində dünyanın problemli olacağını proqnozlaşdırmışdı. O, bunu NATO-nun baş katibi Yens Stoltenberqin Ukraynada münaqişənin gərginləşməsi riskinin Rusiyanın qarşıdurmada qələbəsindən yaranan təhlükə ilə müqayisəedilməz olduğunu söyləyən bəyanatı fonunda açıqlayıb.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR

Qadınlar və kişilər niyə xəyanət edir? -Əsl səbəbi AÇIQLANDI

"Xəyanətin əsas səbəbi cansıxıcılıq deyil, partnyorların münasibətlərində emosional və erotik tənəzzüldür".   Sfera.az xəbər verir ki, bunu...

İlham Əliyevin BƏƏ-yə səfəri başa çatdı - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri iyulun 10-da başa çatıb.   Sfera.az xəbər verir ki, ...

Sahibə Qafarova Bosniya və Herseqovinaya getdi -FOTO

​​​​​İyulun 10-da Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya işgüzar səfər edib.   Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələ...

Lerikdə “Qərbi Azərbaycan İrsi” kitabının təqdimat mərasimi keçirildi - FOTO

İyulun 10-da Lerik Rayon Heydər Əliyev Mərkəzində “Qərbi Azərbaycan İrsi: Ermənistanda azərbaycanlıların maddi-mədəni irsinin – qəbiristanlıqların s...

Moskva aeroportlarında məhdudiyyət tətbiq edildi

Moskva vilayətinin hava limanlarında - Vnukovo, Domodedovo və Jukovskidə təyyarələrin qəbulu və buraxılışına müvəqqəti məhdudiyyətlər tətbiq edilib.   ...

Laçında insan skeletinin qalıqları tapıldı

Laçında insan skeletinin qalıqları tapılıb.   Sfera.az-ın xəbərinə görə, insan sümüklərinin qalıqları rayonun Hoçaz kəndində aşkarlanıb.   ...