“Oqtayın həmin an səsi belə çıxmadı, Dilarə ilə mən qışqırırdıq...” - FOTO

“Oqtayın həmin an səsi belə çıxmadı, Dilarə ilə mən qışqırırdıq...” - FOTO

Martın 22-si əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin ölümü ilə nəticələnən qəzada yaralanan Xalq artisti Mehriban Zəki hadisədən sonra ilk dəfə paylaşım edib. 

 

Sfera.az xəbər verir ki, M.Zəki O.Əliyev haqda xatirələrini bölüşüb: “İlk tanıdığım gündən hər zaman bütün problemlərin həllini tapar, xəstələnəndə belə problem yoxdur keçib gedəcək deyər, insanları yalnız gülərüz görmək istər, hər zaman hamını süfrə başına yığar, həmin süfrəni şəxsən özü açmaqdan zövq alar, bütün arzularında İrəvana getmək  istərdi. 

 

Hər zaman hay-küylü, coşub daşan Oqtayın həmin an səsi belə çıxmadı. Bu dəfə Dilarə ilə mən qışqırırdıq: Oqtay... Oqtay... Oqtay... O isə susurdu. O susurdu, maşın çevrilirdi... 

 

Bu sadəcə qəzavü-qədər idi. 

 

Mən sağalacağam. Qolum da, qabırğalarım da bitəşəcək, üzüm də bərpa olacaq.

 

Dilarə də inşallah özünü toparlayar. O, çox güclü qadındır. 

 

Amma Oqtay əbədi susacaq. Allah sizə rəhmət eləsin, Oqtay. 

 

Martın 22 i belə yazıldı bizim üçün”.

 

Xatırladaq ki, Saray yolunda qeydə alınan sözügedən qəzada xəsarət alan Dilarə Əliyevaya yerində ilkin tibbi yardım göstərilib, M. Zəki xəstəxanada müalicəsini davam etdirir. 

 

 


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...