Vüqar Baba: "Gömrük Komitəsi bunu şişirdib, belə vasitələrə əl atılmamalıdır"

Vüqar Baba:

"Təsəvvür edin, DYP "Bugün qırmızı işıqda keçən sürücü saxlanılıb və cərimə yazılıb" başlıqlı xəbər paylaşır. Xəbərə də avtomobilin qırmızı işıqda keçmə anının və protokolun fotolarını əlavə edir. Necə olar?...".

 

Sfera.az xəbər verir ki, bunu tanınmış PR mütəxəssisi Vüqar Baba bildirib.

 

O, Dövlət Gömrük Komitəsinin müzakirələrə səbəb olan paylaşımından danışıb: "Dövlət Gömrük Komitəsinin paylaşdığı vətəndaşın bəyan etmədiyi geyim və aksesuarları tapıb ifşa etməsi xəbəri də eyni qəbildəndir. Xüsusi hal deyil, gömrükdə tez-tez baş verə biləcək hadisədir. Vətəndaş ya qəsdən, ya unudaraq və ya qanunu bilmədiyindəndən özü ilə gətirdiyi əşyaları bəyan etməyib. Gömrük məmurunun işi bu halı aşkar etmək və qarşısını almaqdır. Belə hadisələr PR vasitəsinə çevirməməlidir. Yəni bu, xəbər deyil. Görünür, aşkar olunan əşyaların kriminal sübut kimi düzülərək fotolarını çəkib paylaşmaq, hadisəni "Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında..." deyərək təqdim etmək rutin işə xəbər dəyəri qatmaq cəhdi olub. Amma bu şişirtmə və manipulyasiyadır. Bir qurumun təbliğatında bu cür vasitələrə əl atılmamalıdır. Əks təqdirdə qurumla bağlı əlavə suallara və tənqid aspektlərinə yol açar. Yəqin sonradan səhv anlaşılıb ki, Facebook paylaşımı və saytdakı yazıdan bəzi şişirtmə hissələr çıxarılıb (Lakin bunlar "redaktə tarixçəsi" və Google keşdə qalır)".

 

Mütəxəssis Komitənin reputasiyasının aşağı olduğunu qeyd edib:

 

"Sosial mediada DGK nümayəndələri və bəzi vətəndaşlar geyim və aksesuarların çox baha olmasına diqqət yönəldirlər. Hava Limanının CIP (Commercial Important Person) zalından istifadə edən sərnişinin ucuz məhsullarla gəlməsi təəcüb doğurardı. Bütün bunlarla bərabər əks reaksiyaların belə böyük olmasında vətəndaşların illər ərzində gömrük qurumları ilə yaşadığı neqativ təcrübə, ictimaiyyətin DGK barədə mənfi rəyi, yəni Komitənin reputasiyasının aşağı olması da böyük rol oynayır".

 

İnci


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...