Tehranda küçədə hicabsız rəqs edən gənc qızlar həbs olundu

Tehranda küçədə hicabsız rəqs edən gənc qızlar həbs olundu

İranın paytaxtı Tehranın Ekbatan bölgəsində 5 gənc qız Selena Qomez və nigeriyalı müğənni Remanın "Calm Down" mahnısı ilə rəqs etdiyi video paylaşıb.

 

Görüntülər qısa müddətdə böyük marağa səbəb olub. Gənc qızlar hicab taxmadıqları və ictimai yerlərdə rəqs etdikləri səbəbi ilə saxlanılaraq həbs ediliblər.

 

Sfera.az bildirir ki, küçənin ortasında rəqs etdiklərini əks etdirən TikTok videosunu paylaşan gənc qızlar günlər sonra eyni məkanda baş örtüyü taxaraq üzr istəməyə məcbur olublar. Qızlara dəstək mesajları Selena Qomez və nigeriyalı müğənni Remadan gəlib.

 

İtaliyanın “la Repubblica” qəzetinin yazdığına görə, video yayıldıqdan sonra İran hakimiyyəti gəncləri 48 saat gözaltında saxlayıb. Qəzet onu da yazıb ki, ikinci tövbə videosunu çəkmək üçün ilk videolarını çəkdikləri yerə, bu dəfə başlarını örtüb qayıtmağa məcbur olublar.

 

Selena Qomez İnstaqram hekayəsində ürəyinin bu gənc qadınlarla olduğunu yazıb. Qızların həbs xəbərindən sonra sosial media hesabında həmrəylik mesajı yerləşdirən reper Rema “daha yaxşı bir dünya üçün mübarizə aparan bütün gözəl qadınlara mahnı oxuyuram və sizinlə xəyal qururam" mesajını paylaşıb.

 

Aynil


OXŞAR XƏBƏRLƏR

Andrey Sibiqa: "Kreml Ukraynanın nüvə enerjisinin kritik obyektlərinə zərbələr endirməyə hazırlaşır"

Ukrayna xarici işlər naziri Andrey Sibiqa bildirib ki, Ukrayna kəşfiyyatının məlumatına görə, Kreml qışdan əvvəl Ukraynanın nüvə enerjisinin kritik obyektl...

Ukrayna “Vaqner”in bazasına zərbə endirdi, yanğın baş verdi

Bu gün Krasnodar diyarının Molkino şəhərində “Vaqner” özəl hərbi şirkətinin keçmiş bazasında yanğın baş verib.  Sfera.az Rusiya mediasına ...

“Tuğ” Qoruğunun Əsasnaməsi təsdiqləndi

“Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun Əsasnaməsi təsdiqlənib.   Sfera.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədo...

Dövlət Komitəsinin sədri Moskvada Beynəlxalq Müsəlman Forumunda çıxış etdi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “Sülh yolu: dialoq harmoniyalı birgəyaşayışın əsası kimi” mövzusunda XX Beynəlxalq M...

Azərbaycan “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” seçildi

Azərbaycan “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” seçilib.   Bu barədə Sfera.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlu...

Ərdoğan: "Biz Bəşər Əsədlə görüşməyə hazırıq"

Rəcəb Tayyib Ərdoğan Suriya ilə normallaşma prosesi ilə bağlı danışıb.   Sfera.az xəbər ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BM...