Oqtay Əliyevin ölümündən əvvəl Dilarə Əliyeva deyib ki… – İlginc məqam
Cəmiyyət
12:28 / 23.03.2023
93487
“Heç birimiz bu itkini qəbul edə bilmirik, Dilarə Xanım hələ də şokdadır. İnana bilmir ki, artıq Oqtay müəllim yoxdur”.
Bunu aktrisa Sonaxanım Əliyeva deyib.
“Ayın 20-si biz çəkilişdə idik. Qəribədir ki, həmin gün Dilarə xanım ancaq Oqtay bəydən danışdı. Sanki hiss edirdi… Nə qədər ona güvəndiyindən, arxa-dayaq olduğundan bəhs etdi. Ancaq Oqtay, Oqtay, Oqtay deyirdi”, – S.Əliyeva bildirib.
Xatırladaq ki, dünən Saray yolunda baş vermiş qəzada Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev həlak olub, həyat yoldaşı əməkdar artist Dilarə Əliyeva və Xalq artisti Mehriban Zəki isə xəsarət alıb.
globalinfo.az