Finlandiyada rusiyalı oliqarxın gübrələri daşınan gəmi saxlanılıb

Finlandiyada rusiyalı oliqarxın gübrələri daşınan gəmi saxlanılıb

Martın 22-də Finlandiyanın Kotka limanında Aİ-nin sanksiya siyahısında olan rusiyalı oliqarxa məxsus gübrə ilə yüklənmiş yük gəmisi saxlanılıb.

 

Sfera.az bildirir ki, Rusiyanın “Smew” quru yük gəmisi sanksiyalara görə limanda dayandırılıb. Hazırda yükün müvəqqəti saxlanacağı, yoxsa ölkədən çıxmaq üçün icazənin alınacağı ilə bağlı məlumatlar müəyyənləşdirilir.

 

Hamina-Kotka limanının icraçı direktoru Kimmo Nasky “Aİ sanksiyalarından sonra Finlandiya limanında yüklərin daşınması ilk dəfədir" -deyə bildirib.

 

Bu məsələni araşdıran Finlandiya Xarici İşlər Nazirliyi ötən həftə gübrələrin daşınması ilə bağlı məlumat alıb. "Səlahiyyətli orqanlarla əməkdaşlıq edərək gəmidə AB-nin sanksiya siyahısında olan şəxsə məxsus gübrə daşımalarının olduğunu aşkar etdik. Aİ qaydalarına görə, vəsaitlər aşkar edilərsə, dondurulmalıdır".

 

Bu barədə Finlandiya Xarici İşlər Nazirliyinin sanksiyalar qrupunun rəhbəri Pia Sarivaara bildirib. Eyni zamanda hansı oliqarxdan söhbət getdiyi barədə rəsmi məlumat verilmir.

 

Həmçinin, Sarivaaranın sözlərinə görə, araşdırmanın sonunda çox güman ki,  gəmi yoluna davam edəcək. O, yükün qida istehsalını təmin etmək üçün üçüncü ölkəyə getdiyi məlum olarsa, buraxılacağını bildirib.

 

İlkin məlumatlara görə, limanda saxlanılan gübrə partiyası təxminən 20 min ton təşkil edir və təxminən 10-12 milyon avro dəyərində qiymətləndirilir.

 

Xatırladaq ki, martın əvvəlində Rusiya Hərbi Dəniz Qüvvələrinin Novorossiyskdəki hərbi bazasına yollandığı güman edilən Suriyanın Tartus limanından hərbi texnikası olan Rusiya yük gəmisi çıxıb.

 

İşğal altında olan Kerç limanında isə Türkiyəni tərk edərək adını və identifikasiya nömrəsini gizlədən naməlum tanker görünmüşdü.

 

Aynil


OXŞAR XƏBƏRLƏR

Putin Paşinyanı Ermənistanın Müstəqillik Günü münasibətilə təbrik etdi

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyana Ermənistanın Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib. Sfera.az&nbs...

Baş nazir QƏRAR İMZALADI

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik edilib.   Sfera.az xəbər verir ki...

Andrey Sibiqa: "Kreml Ukraynanın nüvə enerjisinin kritik obyektlərinə zərbələr endirməyə hazırlaşır"

Ukrayna xarici işlər naziri Andrey Sibiqa bildirib ki, Ukrayna kəşfiyyatının məlumatına görə, Kreml qışdan əvvəl Ukraynanın nüvə enerjisinin kritik obyektl...

Ukrayna “Vaqner”in bazasına zərbə endirdi, yanğın baş verdi

Bu gün Krasnodar diyarının Molkino şəhərində “Vaqner” özəl hərbi şirkətinin keçmiş bazasında yanğın baş verib.  Sfera.az Rusiya mediasına ...

“Tuğ” Qoruğunun Əsasnaməsi təsdiqləndi

“Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun Əsasnaməsi təsdiqlənib.   Sfera.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədo...

Dövlət Komitəsinin sədri Moskvada Beynəlxalq Müsəlman Forumunda çıxış etdi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “Sülh yolu: dialoq harmoniyalı birgəyaşayışın əsası kimi” mövzusunda XX Beynəlxalq M...