Mədəniyyət Nazirliyi Oqtay Əliyevin vəfatı ilə bağlı nekroloq imzaladı

Cəmiyyət
21:01 / 22.03.2023
136173
Xəbər verdiyimiz kimi, bu gün əməkdar mədəniyyət işçisi, rejissor, prodüser Oqtay Əliyev avtomobil qəzasında həlak olub.
Sfera.azi xəbər verir ki, Mədəniyyət Nazirliyi O.Əliyevin vəfatı ilə bağlı nekroloq imzalayıb.
Nekroloqda Oqtay Əliyevin həyat və yaradıcılığından bəhs edilib.
Mədəniyyət Nazirliyinin kollektivi Oqtay Əliyevin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!