“İqlim dəyişikliyi qlobal su çatışmazlığı yaradacaq” - BMT

Birləşmiş Millətlər Təşkilatı (BMT) su istehlakının artması və iqlim dəyişikliyi səbəbindən qlobal su böhranının baş verə biləcəyinə dair xəbərdarlıq edib.
Sfera.az “Bloomberg”ə istinadən xəbər verir ki, BMT-nin hazırladığı hesabatda su qıtlığının yay mösümlərində ciddi problemə çevriləcəyi vurğulanır.
Hesabatın aparıcı müəllifi Riçard Konnor bildirib ki, dünya əhalisinin təxminən 10 faizi su çatışmazlığı müşahidə edilən ərazilərdə yaşayır. Bundan başqa dünyada 3,5 milyard insan ildə ən azı bir ay su çatışmazlığından əziyyət çəkir. Konnor illər ötdükcə suya olan tələbatını ödəyə bilməyən insanların sayının daha sürətlə artacağını ifadə edib.
Konnor xəbərdarlıq edib ki, təchizat problemi həll olunmazsa, mövsümi çətinlik sonradan daimi qlobal su böhranına çevriləcək.
Qeyd edək ki, BMT-nin təşkilatçılığı ilə bu gün Nyu-Yorkda “BMT 2023 Su Konfransı” işinə başlayıb. Konfrans 2 gün davam edəcək.
Vasif