"Rusiyanın cavabı bütün planet üçün dəhşətli olacaq" - Lukaşenkodan Qərbə XƏBƏRDARLIQ

Belarus Prezidenti Aleksandr Lukaşenko Ukraynanın uran tərkibli mərmilərdən istifadə etməsi ehtimalına reaksiya verib.
Sfera.az bildirir ki, o, bu halda Moskvanın da Minski uran tərkibli döyüş sursatı ilə təmin edəcəyini vurğulayıb:
“Əgər Qərb dəlidirsə, o zaman bu prosesə rəvac verəcəklər. Bu isə dəhşətli və təhlükəli şeydir. Dəlilikdən uzaqlaşmaq lazımdır”.
Belarus lideri qeyd edib ki, sözügedən sursatlar Rusiya ordusunun mövqeləri yaxınlığında partlayan kimi Moskvanın cavabı bütün planet üçün dəhşətli olacaq. O, Rusiyanın təkcə uran tərkibli silah istifadə etmədiyini vurğulayıb. “Belə gərginlik tendensiyasını başlatmağa ehtiyac yoxdur”, deyə Lukaşenko əlavə edib.
Qeyd edək ki, Böyük Britaniyanın Müdafiə Nazirliyi Ukraynaya uran tərkibli mərmilərin veriləcəyini elan edib.
Günay Rəsulqızı