Ermənistan küllü miqdarda borc almağa hazırlaşır

Ermənistan 92 milyon 300 avro borc almağa hazırlaşır.
Sfera.az erməni mediasına istinadən xəbər verir ki, Ermənistan hökumətinin sabah keçiriləcək iclasının gündəliyinə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankından kreditin alınması məsələsinin təsdiq edilməsi barədə hökumətin qərar layihəsi daxil edilib. Layihəyə əsasən, Ermənistan bankdan “Yaşıl, davamlı və inklüziv inkişaf siyasəti krediti” adı altında 92 milyon 300 min avro borc almağa hazırlaşır. Layihədən görünür ki, bu vəsait büdcə kəsirinin, yəni Ermənistan büdcəsində həyata keçirilməsi nəzərdə tutulan, lakin kəsir səbəbindən həyata keçirilməyən tədbirlərin ödənilməsinə yönəldiləcək.
“Büdcə dəstəyi vəsaitləri “Ermənistan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Ermənistan Respublikasının Qanunu ilə müəyyən edilmiş kəsirin maliyyələşdirilməsinə yönəldiləcək”, - qərar layihəsində deyilir.
Erməni mediası bildirir ki, belə çıxır ki, baş nazir Nikol Paşinyan bir tərəfdən pul probleminin olmadığını, həm də pul çatışmazlığından edilə bilməyəcək heç bir işin olmadığını bəyan edir, digər tərəfdən, kredit götürür, dövlət borcunu artırır.
Əzizə
Sfera.az