Bununla Azərbaycan tam üstünlüyü ələ alacaq - Politoloq

"Yaxın müddətdə Laçın dəhlizi tamamilə Azərbaycanın nəzarətinə keçəcək".
Sfera.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə bildirib:
"Ermənistanla sərhəddə nəzarət buraxılış məntəqəsi yaradılır. Bunu məhz iki il ərzində Ermənistan və Rusiya atdığı addımlarla labüd etdi. Laçın dəhlizinə post qoyulması ilə 100 ildən sonra Ermənistanın Qarabağla birbaşa əlaqəsi kəsiləcək və bununla separatizmə son qoyacağıq.
Prezident İlham Əliyev ABŞ dövlət katibi Entoni Blinkenlə telefon söhbətində onun diqqətinə sərhəddə nəzarət buraxılış məntəqəsinin yaradılmasının labüdüyünü vurğulayıb".
Ekspert sərhədin bağlanması ilə üstünlüyün Azərbaycan tərəfində olacağını deyib:
"İstənilən hərbi eskalasiyaya Azərbaycan hazırdır və hərbi təzyiqləri neytrallaşdırmaq gücündədir. Laçın dəhlizində Ermənistanla sərhəddə postun qoyulması Xankəndinə nəzarətin bərpa edilməsi və müharibədən sonra açıq qalan nəzarətsiz Ermənistanla Azərbaycan sərhəddin bağlanmasi ilə tam üstünlüyü ələ alacağıq. Prezident İlham Əliyev prinsipial və düşünülmüş diplomatik addımlarla prosesi qalibiyyətlə aparır".
Əzizə Zeynal
Sfera.az