Dünyada onlayn oyun bazarı 10 milyard dollar kiçilib

Dünya
15:36 / 21.03.2023
15815
2022-ci ildə son illərdə ilk dəfə olaraq qlobal onlayn oyun bazarı kiçilib.
Sfera.az xəbər verir ki, bununla bağlı məlumat “Newzoo” analitik məcmuəsinin fevral hesabatında əksini tapıb.
Ötən ilin sonunda bazarın həcmi 10 milyard dollardan çox kiçilərək 184,4 milyard dollar olub. 2021-ci ildə bazarın həcmi 194,7 milyard dollar idi. 2022-ci ildə bazarın 4,31 faiz kiçilməsi qeydə alınıb.
Bununla belə “Newzoo” analitikləri hesab edir ki, onlayn oyun bazarı böyüməkdə davam edəcək. 2025-ci ildə bazarın həcminin 211,2 milyard dollar olacağı gözlənilir.
Vasif
Sfera.az