Abşeronda şəhid ailələri bayram günlərində ziyarət edildi - FOTOLAR

Abşeronda şəhid ailələri bayram günlərində ziyarət edildi - FOTOLAR

Xalqımızın müqəddəs bayramı olan Novruz bayramı günlərində şəhidlərimizin məzarları və şəhid ailələri ziyarət olunub.

 

Sfera.az xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birgə Vətən müharibəsi şəhidlərinin, o cümlədən 2022-ci ilin sentyabr ayında düşmənin növbəti hərbi təxribatlarının qarşısını alarkən qəhrəmanlıq göstərmiş şəhidlərimizin məzarlarını ziyarət edib, onların ruhuna dualar oxuyaraq, əziz xatirələri hörmətlə yad ediblər. Daha sonra şəhidlərimizin ailə üzvlərinə baş çəkib, şəhid ailələrinin qayğıları və problemləri ilə maraqlanıblar.

 

Ziyarət və görüşlərdə Azərbaycanın döyüş meydanında qazandığı qələbədən sonra tarixi torpaqlarımızda həyata keçirilən quruculuq-abadlıq işlərindən danışılıb, Silahlı Qüvvələrimizin qarşıya qoyulmuş bütün vəzifələrə çatmaq gücündə olması qeyd edilib. 

 

Şəhid ailələri də öz növbələrində dövlət tərəfindən onlara daima diqqət və qayğının göstərildiyini, bu qayğını da həyatlarının hər bir anında hiss etdiklərini qeyd edərək buna görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

 







OXŞAR XƏBƏRLƏR

Çimərliklərdə dəniz suyunun temperaturu açıqlandı

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata əsasən, iyulun 3-də ara...

Azərbaycanlılar daha çox hansı ölkələrdə məskunlaşıb? - ARAŞDIRMA

Dünyada yaşayan azərbaycanlıların ümumi sayı 50 milyonu keçib. Bu 50 milyonluq etnik azərbaycanlının yalnız təxminən 10 milyonu Azərbaycan Respublikasında yaşay...

Türkiyədə ruslarla bağlı problem: dövlət hərəkətə keçdi

Türkiyədə rusiyalı turistlərin köhnə dolları dəyişdirməsi ilə bağlı problem yaşanıb.   Sfera.az xəbər verir ki, bu barədə RİA Novosti öz mənbələ...

Prezidentlərin təkbətək görüşü BAŞLADI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə təkbətək görüşü başlayıb.   Sfera.az&n...

Ödənişli yolda qəza: biri vurdu, digərləri üstündən keçdi...

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli avtomobil yolunda ölüm hadisəsi baş verib.   Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, iyulun 1-i səhə...

Serj Sarkisyana qarşı rüşvət almaq ittihamı irəli sürüldü

Ermənistanın 3-cü prezidenti Serj Sarkisyana qarşı rüşvət almaq və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq ittihamı irəli sürülüb.   Sfera.a...