“Demişdim, ya ayın 7-si, ya da 8-i öləcək, elə də oldu…” – Zirəddin

Maraqlı
20:44 / 20.03.2023
68397
“2017-ci ildə demişdim ki, Böyük Britaniya kraliçası 2018-ci ildə hər hansı bir ayın 7 və ya 8-də vəfat edəcək”.
Sfera.az xəbər verir ki, bu sözləri globalinfo.az-a açıqlamasında Rusiyada yaşayan azərbaycanlı klinik psixoloq, ekstrasens Zirəddin Rzayev verdiyi proqnozun doğru olması haqda danışarkən deyib.
O bildirib ki, kraliça onun dediyi tarixdə vəfat edib:
“Düzdür, dediyim vaxtdan 5 il sonra dünyasını dəyişdi. Lakin mən demişdim ya ayın 7-si, ya da 8-i öləcək, elə də oldu. Onun o tarixdə öləcəyini mənə gizli bir səs demişdi”.