Qərbin səbirsizliklə gözlədiyi görüş: Dünyanın taleyi həll olunur?

Qərbin səbirsizliklə gözlədiyi görüş: Dünyanın taleyi həll olunur?

“Putin və Çin lideri Si Cinpin arasında Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlar dünyanı dəyişə bilər”.

 

Sfera.az bildirir ki, bunu “The Australian” qəzeti iddia edib.

 

Nəşr hesab edir ki, Rusiya və Çin başçıları arasında görüş beynəlxalq vəziyyətə ciddi göstərəcək. Məqalədə vurğulanıb ki, Putin və Si Cinpin Ukrayna məsələsində Rusiyanın maraqlarına əsaslanan sülh planını müzakirə edəcəklər.

 

“Qərb ölkələrinin sakinləri bu danışıqları gözləyirlər, çünki onların bir çoxu hərbi əməliyyatların tezliklə başa çatmasında maraqlıdır”, nəşr əlavə edib.

 

Xatırladaq ki, Çin prezidenti Si Cinpin bazar ertəsi Rusiyaya dövlət səfərinə gedib. Çin liderinin təyyarəsi Moskva vaxtı ilə təxminən saat 12:59-da paytaxtın Vnukovo hava limanına enib. Onun səfəri martın 22-dək davam edəcək.

 

Günay Rəsulqızı
 


OXŞAR XƏBƏRLƏR