Putin MEYDAN OXUYUR - Ukrayna ərazilərinə qəfil səfər

Putin MEYDAN OXUYUR - Ukrayna ərazilərinə qəfil səfər

Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən axtarışa verilmiş Rusiya prezidenti Putin Rusiyanın işğalı altında olan Ukrayna ərazisinə qəfil səfərlər edib.

 

Sfera.az xəbər verir ki, Putin Rusiyanın 2014-cü ildə keçirdiyi referendumla ilhaq etdiyi Krım yarımadasının Sevastopol liman şəhərində yerləşən hərbi qarnizonun yaxınlığında yeni tikilmiş “Korsun” mədəniyyət mərkəzinin və məktəbin açılışında iştirak edib.

 

Putin Sevastopolda keçirdiyi bir neçə saat ərzində onu vilayət qubernatoru Mixail Razvojayev və xüsusi mühafizə ordusu mühasirəyə alıb. Krım əhalisinə Putinə yaxınlaşmağa icazə verilməyib.

 

Putinin bundan sonrakı addımı ötən ilin mayında Rusiya qüvvələri tərəfindən işğal edilən Donetsk vilayətinin Mariupol şəhərinə səfəri olub. Bura gələcəyi məxfi saxlanılan Putin ötən gün axşam qaranlığında Mariupola ayaq basıb.

 

Hərbi helikopterlə şəhərə gələn Putin “Mercedes” markalı rəsmi maşının sükanı arxasına keçərək şəhərin nəqliyyat üçün əlverişli, əsas küçələrindən birində yarım saatlıq ekskursiya edib.

 

Putin rəsmi avtomobilini idarə edərkən onun yanındakı oturacaqda baş nazirin müavini Marat Husnulin olub. Onların söhbətində Mariupol şəhərinin yenidən qurulması prosesi müzakirə olunub.

 

Putin, həmçinin Ukrayna hərbi əməliyyatlarının keçirildiyi Rostov şəhərində, döyüş bölgəsindən 200 kilometr aralıda yerləşən qərargaha gedib. Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov brifinqə başlamazdan əvvəl Putinə üz tutaraq “Cənab prezident, bizi dinləmək üçün nə qədər vaxtınız var?” sualını verib.

 

Putin deyib: “Bu məsələdə zaman önəmli deyil. Cəbhədəki vəziyyətin təfərrüatlarını öyrənmək nə qədər vaxt aparsa da, dinləməliyəm”.

 

İşğal olunmuş Ukrayna torpaqlarına getməklə Putin bir ildən artıqdır aparılan müharibənin “milli iş” olduğunu bir daha vurğulayıb. O, Mariupolda və Krıma səfər etməklə "Buralar indi bizimdir" deyə güc nümayiş etdirib.

 

Rusiya müxalifəti və Ukrayna mediası isə Rusiya liderinin o cür cəsarəti olmadığını iddia edib: "Putin dublyorunu göndərib”.(musavat.com)

 

 


OXŞAR XƏBƏRLƏR

Zirəddinin 7 il öncəki ŞOK proqnozu: “Rəisi də buna görə ölmüş ola bilər”

İsrailin “Hizbullah”a qarşı Livanda keçirdiyi peycer əməliyyatı bütün dünyada təəccüblə qarşılanıb.   Baş verən partlayışlardan sonra tan...

Blinken İlham Əliyevi təbrik etdi

Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktub ünvanlayıb.   Sfera.az xəbər verir ki, m...

İcra hakimiyyətində ƏMƏLİYYAT - Vəzifəli şəxslər SAXLANILDILAR

Ağsu Rayon İcra Hakimiyyətində əməliyyat keçirilib.   Sfera.az-ın xəbərə görə, hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyatın icra hakimiy...

Xankəndidə illər sonra ilk toy - FOTOLAR

Xankəndi şəhərində illər sonra ilk toy mərasimi keçiriləcək.   Sfera.az APA-ya istinadən xəbər verir ki, bu gün tanınmış jurnalist Kərim Kərimli...

“Keşikçidağ"da elmi arxeoloji qazıntılar zamanı xeyli nümunələr aşkarlanıb -FOTO

Cari ilin 25 avqust-05 oktyabr 2024-cü il tarixlərində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və AMEA Arxe...

Yerin müvəqqəti peyki planetimizə yaxınlaşmaqdadır

Sentyabr ayının sonunda 2024 PT5 asteroidi Yerə yaxınlaşaraq 56 gün müddətində onun müvəqqəti ikinci peykinə çevriləcək.   N.Tusi adına Şamaxı Astrof...