Şimali Koreya ballistik raketini hazır vəziyyətə gətirdi: “ABŞ-nı vurmağa cəmi 33 dəqiqə…” – ŞOK AÇIQLAMA

Şimali Koreya ballistik raketini hazır vəziyyətə gətirdi: “ABŞ-nı vurmağa cəmi 33 dəqiqə…” – ŞOK AÇIQLAMA

Şimali Koreyadan gələn son xəbər dünyanı təşvişə salıb.

 

Sfera.az bildirir ki, sözügedən ölkənin aparıcı media orqanlarından olan “KCNA”nın məlumatına görə, Şimali Koreya lideri Kim Çen In ABŞ və Cənubi Koreyanı Amerika silahları ilə hərbi təlimlər keçirməkdə ittiham edib.

 

O, ölkəsini nüvə zərbəsi endirməyə hazır olmağa çağırıb. Kim Çen In çıxışı zamanı həmçinin, bunları qeyd edib:

 

“Şimali Koreyanın nüvə gücü yüksək döyüş hazırlığı ilə düşmənin ehtiyatsız hərəkətlərinin və təxribatlarının qarşısını alacaq, onlara nəzarət edəcək və istiqamətləndirəcək, istənilən arzuolunmaz vəziyyətdə öz mühüm vəzifəsini tərəddüd etmədən yerinə yetirəcək”.

 

Dövlət mediası iddia edib ki, 1,4 milyondan çox koreyalı könüllü olaraq əsgərliyə və ya yenidən hərbi xidmətə qoşulub.

 

ABŞ-də yerləşən “Fox News” saytı isə bu prosesi  “Kim Çen In ABŞ və Cənubi Koreyanı nüvə hücumuna hazırlaşmağa çağırdı” başlığı ilə oxucularına təqdim edib.

 

Digər tərəfdən, Çinin ən yüksək aerokosmik müdafiə institutu ABŞ müdafiə sistemində ölümcül boşluqlar aşkar edildiyini və Şimali Koreyanın qitələrarası ballistik raketinin Vaşinqtonu vura biləcəyini açıqlayıb.

 

Tədqiqat qrupunun fikrincə, Şimali Koreyanın nüvə gücünə malik “Hwasong-15” raketi təxminən 13 min kilometr uçuş məsafəsi ilə bütün ABŞ-ni vurmağa kifayət edir:

 

“Üstəlik, bunun üçün cəmi 33 dəqiqə lazımdır”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR