“Ən böyük nüvə dövlətinə əl qaldırırsınız, dəhşətli nəticələri olacaq!” - Putinin həbsi ilə bağlı qərara SƏRT REAKSİYA

“Ən böyük nüvə dövlətinə əl qaldırırsınız, dəhşətli nəticələri olacaq!” - Putinin həbsi ilə bağlı qərara SƏRT REAKSİYA

“Putinin həbsinə dair qərar beynəlxalq hüquq üçün dəhşətli nəticələrə gətirib çıxaracaq”.

 

Sfera.az bildirir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya prezidentinin həbsinə order verməsi ilə bağlı qərarını şərh edərkən deyib.

 

O fikirlərini bu cür ifadə edib: “Aydındır ki, qərarın praktiki əhəmiyyəti yoxdur, amma xatırladığınız üçün təşəkkürlər. Lakin bunun beynəlxalq hüquq üçün nəticələri dəhşətli olacaq. Axı bu, təməllərin, hüquq prinsiplərinin dağılmasıdır. İndi heç kim heç bir beynəlxalq quruma getməyəcək, hamı öz aralarında danışıqlar aparacaq. BMT-nin və digər strukturların bütün axmaq qərarları yerindən oynayacaq. Bütün beynəlxalq münasibətlər sisteminin tənəzzülü qabaqdadır. Güvən tükəndi”.

 

Beynəlxalq Cinayət Məhkəməsini “yararsız qurum” adlandıran Medvedev həmçinin, məhkəmə hakimlərinin boş yerə həyəcanlandığını, onların ən böyük nüvə dövlətinə “əl qaldırdığını” vurğulayıb:

 

“Təəssüf ki, cənablar, hamı Allahın və raketlərin altında gəzir”.

 

Onun fikrincə, bir ölkəni və onun liderlərini iki halda mühakimə etmək olar:

 

"Birincisi, ölkəsi çox zəiflədikdə, demək olar ki, suverenliyini itirdikdə və özü haqqındakı hökmü tanımağa qərar verdikdə; ikincisi, ölkəsi müharibəni uduzub təslim olanda. Əks halda mümkün deyil. Bunu hamı başa düşür”.

 

Türkan


OXŞAR XƏBƏRLƏR

Sertifikasiyada riyaziyyat fənni üzrə ən yüksək nəticələr bu bölgələrdə olub

“Sertifikasiya prosesində riyaziyyat fənni üzrə ən yüksək nəticələr Siyəzən, Sumqayıt, Xaçmaz, Mingəçevir və İsmayıllıdan olub”.    ...

Mina partlayışı ilə bağlı əhaliyə ÇAĞIRIŞ: “Bu ərazilərə daxil olmayın!

Xəbər verdiyimiz kimi, Ağdərə rayonunun Həsənqaya kəndi ərazisində 2025-ci il 10 iyul tarixində mina hadisəsi baş verib. 1979-cu il təvəllüdlü Quluyev Qulu Tu...

Ağdərədə Minaya Düşən Şəxs Amputasiya Olundu – Vəziyyəti Ağırdır

Ağdərədə minaya düşən şəxsin son vəziyyəti açıqlanıb.   Sfera.az xəbər verir ki, bu barədə informasiyanı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birli...

Həftəsonu 34 mindən çox abituriyent imtahan verəcək

İyulun 13-də I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə, həmçinin III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni ü...

Süni intellekt ölümə səbəb oldu

Stanford Universitetinin tədqiqatçıları xəbərdarlıq edir ki, insanlar işsizlik, intihar düşüncələri, maniakal və ya psixoz kimi psixoloji böhranlarla üzləş...

İqtisadiyyat və Humanitar Kollecdə Yeni Rəhbər Təyinatları

İqtisadiyyat və Humanitar Kollecdə yeni təyinatlar olub.   Sfera.az xəbər verir ki, bu barədə Bizim.Media-ya Elm və Ali Təhsil üzrə Dövlət Agent...