İraq savaşının 20-ci ildönümü: Müharibənin əsas fiqurları indi nə işlə məşğuldur?

İraq savaşının 20-ci ildönümü: Müharibənin əsas fiqurları indi nə işlə məşğuldur?

ABŞ-ın İraqa müdaxiləsinin yaratdığı ağır sarsıntı müharibənin 20-ci ilində də hiss olunur. 2003-cü il martın 20-də başlayan mübahisəli hərbi əməliyyat Səddam Hüseyn rejiminin tez bir zamanda sonunu gətirsə də, siyasi qütbləşməyə və bu günə qədər davam edən münaqişələrə yol açıb.

 

Maraqlıdır, 20 ildən sonra hələ də müzakirələrə səbəb olan müharibənin əsas fiqurlarına nə oldu? 

 

Sfera.az bildirir ki, bu barədə “BBC” yazı dərc edib.

 

Həmin şəxslərlə bağlı məlumatı təqdim edirik.

 

Səddam Hüseyn – O, 1979-cu ildən 2003-cü ilə qədər İraqı idarə edib. 1990-91-ci ili əhatə edən Körfəz Müharibəsində ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinə qarşı böyük məğlubiyyətə uğramasına baxmayaraq, o, hakimiyyətdə qalmağı bacarıb. Lakin Səddam Hüseyn 1990-cı ilin avqustunda işğal etdiyi Küveytdən qoşunlarını çıxarmalı olub. Onun ölkəsi 2003-cü ilin martında işğal edilib və Səddamın tərəfdarı olan qüvvələr üç həftə ərzində işğala müqavimət göstərə bilib. Dekabrın 13-də Amerika qüvvələri tərəfindən əsir götürülənə qədər təxminən 9 ay gizlənən Səddam 2006-cı ildə Bağdadda asılıb. İraq dövlət televiziyası Səddam Hüseynin keçmişdə kəşfiyyat xidmətlərinin istifadə etdiyi binada sübh tezdən dar ağacına getməsinin görüntülərini yayımlayıb. 


Corc Buş - 2003-cü ildə işğala başlayan Corc Buş ABŞ-ın İraqa müharibə elan edən ikinci prezidenti kimi tarixə düşüb. O, 1989-1993-cü illərdə ABŞ prezidenti olmuş atası Corc Buşun yolu ilə gedirdi. 11 sentyabr 2001-ci il hücumlarından sonra oğul Buş  yüksək ictimai dəstək ala bildi. Lakin ABŞ Müdafiə Nazirliyinin məlumatlarına görə, onun İraq müharibəsinə rəhbərlik etmə üslubuna görə 4400 amerikalı əsgər ölüb. O cümlədən, 2009-cu ildə Ağ Evdəki kreslosunu tərk edərkən keçirilən sorğulara görə, Buş ABŞ tarixinin ən sevilməyən lideri olub. 75 yaşlı Buş vəzifəsindən kənarlaşandan sonra əsasən “görünməz” obrazda olub. O, mətbuata verdiyi açıqlamalarda nadir hallarda döyüş qərarının arxasında dayanıb. Corc Buş bu gün prezident və dəfn mərasimləri kimi dövlət mərasimləri istisna olmaqla, ictimaiyyət qarşısına çıxmır. O, vaxtının çox hissəsini Texasdakı fermasında keçirir. Ən böyük hobbilərindən biri rəsm çəkməkdir. 2021-ci ildə onun portret kitabı nəşr edilib.


Dik Çeyni - Corc Buşun köməkçisi Çeyni Amerikanın İraqdakı hərbi əməliyyatının açıq müdafiəçisi olub. O, dəfələrlə Səddam Hüseyn rejimini kütləvi qırğın silahları saxlamaqda ittiham edib. Vaşinqton bu iddia ilə İraqın işğalı ritorikasını dəstəkləyib. 2006-cı ildə məzhəblərarası qarşıdurmalar İraqı iflic etdi. Həmin zamanda Çeyni ovçu yoldaşını üzündən, boynundan və sinəsindən yaralamışdı. 78 yaşlı dostu Harri Uittinqton sağ qalmışdı. Həmin vaxt Fox TV-yə danışan Çeyni  “Bu, Harrinin günahı deyil, tətiyi mən çəkmişəm”, deyə söyləmişdi. Çeyni vəzifədən getdikdən sonra Buşdan fərqli olaraq siyasəti tərk etməyib. 


Donald Ramsfeld - 2011-2006-cı illərdə müdafiə naziri olub. O, Əfqanıstan və İraqın işğalında əsas fiqur idi. Ramsfeld Səddam Hüseynin devrilməsi ilə bağlı “paralel kəşfiyyat qiymətləndirmələri” verməkdə və ABŞ qüvvələri tərəfindən hərbi əsirlərə işgəncə verilməsinə göz yummaqda ittiham olunurdu. O, 2006-cı ildə ABŞ-ın müharibədən sonrakı İraq administrasiyasına artan ictimai təzyiq fonunda vəzifəsini tərk edib. Ramsfeld 2021-ci ilin iyununda xərçəng xəstəliyindən vəfat edib.


Kondoliza Rays - Buşun səkkiz illik fəaliyyəti dövründə Milli Təhlükəsizlik müşaviri, sonra isə Dövlət Katibi vəzifələrində çalışıb. Buş vəzifəsini tərk etdikdən sonra Rika akademik karyerasını Stenford Universitetində davam etdirib. Bu gün də o, Huver İnstitutunun beyin mərkəzinin direktoru vəzifəsində çalışır. 

 

“BBC”nin sözügedən yazısında həmçinin, Kolin Pauel, Toni Bleyr, Hans Bliks, Muhammed Said Sahaf, Nuri-el- Maliki və.s. kimi digər şəxslərin də adları yer alıb.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Zirəddinin 7 il öncəki ŞOK proqnozu: “Rəisi də buna görə ölmüş ola bilər”

İsrailin “Hizbullah”a qarşı Livanda keçirdiyi peycer əməliyyatı bütün dünyada təəccüblə qarşılanıb.   Baş verən partlayışlardan sonra tan...

Blinken İlham Əliyevi təbrik etdi

Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktub ünvanlayıb.   Sfera.az xəbər verir ki, m...

İcra hakimiyyətində ƏMƏLİYYAT - Vəzifəli şəxslər SAXLANILDILAR

Ağsu Rayon İcra Hakimiyyətində əməliyyat keçirilib.   Sfera.az-ın xəbərə görə, hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyatın icra hakimiy...

Xankəndidə illər sonra ilk toy - FOTOLAR

Xankəndi şəhərində illər sonra ilk toy mərasimi keçiriləcək.   Sfera.az APA-ya istinadən xəbər verir ki, bu gün tanınmış jurnalist Kərim Kərimli...

“Keşikçidağ"da elmi arxeoloji qazıntılar zamanı xeyli nümunələr aşkarlanıb -FOTO

Cari ilin 25 avqust-05 oktyabr 2024-cü il tarixlərində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və AMEA Arxe...

Yerin müvəqqəti peyki planetimizə yaxınlaşmaqdadır

Sentyabr ayının sonunda 2024 PT5 asteroidi Yerə yaxınlaşaraq 56 gün müddətində onun müvəqqəti ikinci peykinə çevriləcək.   N.Tusi adına Şamaxı Astrof...